Paytaxtda fəaliyyət göstərən tanınmış hotellərlə əlaqə saxladıq. Məlum oldu ki...
gundemxeber.az "Kommersant.az"a istinadla xəbər verir ki, hotellərdə cütlüklərdən nigah şəhadətnaməsinin tələb edilməsi qaydası uzun zaman idi ki, qüvvədə idi. Bir müddətdir ki, bu qayda aradan qaldırılıb. Buna baxmayaraq paytaxtda fəaliyyət göstərən hotellərin bir qismi müvafiq "ənənə"ni qeyri-ordinar şəkildə davam etdirməkdədir.
Belə ki, Bakı hotellərinə müştəri qismində zəng edib, iki nəfər üçün bir gecəlik standart otaq sifariş etdik. Təbii ki, qiymət fərqi var idi. Amma ən maraqlısı isə "nigah şəhadətnaməsi tələb edirsinizmi?" sualımıza verilən cavablar oldu. Sorğudan əldə olunan cavabları təqdim edirik:
"Holiday Inn Hotel"
Şəhərin mərkəzində fəaliyyət göstərən bu hoteldə iki nəfər üçün bir gecəlik otaq qiyməti 247 manatdır. Hotel, cütlüyün ikisi də azərbaycanlıdırsa nigah şəhadətnaməsini tələb edir. Əgər cütlüklərdən biri xarici vətəndaşdırsa o zaman bu sənəd tələb olunmur.
"Ariva Hotel"
Bakının gözdən çox da uzaq olmayan küçələrinin birində yerləşən bu hoteldə iki nəfərlik, bir gecəlik hotel otağının qiyməti 80 manatdır. Hoteldən bildirdilər ki, burada nigah şəhadətnaməsi yalnız yerli vətəndaşlardan tələb olunur. Xarici vətəndaşlar isə hoteldən istədikləri kimi istifadə etməkdə sərbəstdirlər.
"Excelsior Hotel"
Bakının bu məşhur hotelində iki nəfər üçün bir gecəlik qonaqlama qiyməti 183 manatdır. Hoteldən dedilər ki, yerli vətəndaşlardan nigah şəhadətnaməsi tələb olunur, xaricilərdən isə yox.
"Caspian Business Hotel"
Bu hoteldə iki nəfərin bir gecəlik qonaq olması 70 manata başa gəlir. Hoteldən bildirdilər ki, yerli və xarici vətəndaşların heç birindən nigah şəhadətnaməsi tələb olunmur.
"Ramada Hotel"
Hotel iki nəfərlik qonaqlarını bir gecəsi 140 manata qonaq edir. Bu hoteldə də nigah şəhadətnaməsi tələb olunmur.
"New Baku Hotel"
Bu hoteldə iki nəfərin bir gecəlik qonaq olması 90 manata başa gəlir. Bu hoteldə heç kimdən nigah şəhadətnaməsi tələb olunmur.
Qeyd edək ki, bu yay turizmi mövsümü ərzində yayılan iki xəbərə görə, 2 turist Bakıda fəaliyyət göstərən hotel otağında nigahda olmadığı yüngül əxlaqlı qadınlarla heç də uyğun olmayan vəziyyətdə "ürək tutmasından" və ya "mədə qanamasından" dünyasını dəyişmişdi.
Onu da əlavə edək ki, təxminən 1-2 ay öncə azərbaycanlı cütlük qarajda havasızlıqdan, 1-2 il öncə isə yenə ölkə vətəndaşı cütlük, amma bu dəfə yüksək gərginlikli elektrik xətlərinin yerləşdiyi transformatorun içində dünyasını dəyişib. 0
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?