Salyanda azyaşlı uşaq yük maşınının altında qalaraq dünyasını dəyişib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Xıdırlı kəndində qeydə alınıb. Belə ki, həyətdə velosiped sürən kənd sakini, 2008-ci il təvəllüdlü Nuran Məhəmməd oğlu Məlikov “KaMAZ” markalı yük maşınının altında qalaraq dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?