GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Hakim bu qida əlavələrini ölkəyə gətirən şəxsi niyə azad edib? - Məhkəmə qərarı icra olunmur

Hakim bu qida əlavələrini ölkəyə gətirən şəxsi niyə azad edib? - Məhkəmə qərarı icra olunmur

Tarix: 1-10-2018, 14:59 Bölmə :Cəmiyyət Baxış: 296
Hakim bu qida əlavələrini ölkəyə gətirən şəxsi niyə azad edib? - Məhkəmə qərarı icra olunmur


Bakı hotellərində bir-birini əvəzləyən ölümlərin qaynağı ola biləcək bir qida əlavəsinin məhkəmə qaydasında ölkə ərazisində yayılmasının qadağan edilməsi haqda xəbər almışıq.

Belə məlum olur ki, ölkəyə psixotrop mənşəli, insan orqanizmi üçün zərərli olan potensiya aktivatorlarının gətirilməsi və yayılmış belə qida əlavələrinin aptek şəbəkələrindən yığışdırılması haqda 2 saylı İnzibati İqtisad Məhkəməsi tərəfindən ötən il qərar verilib. Həmin qərar bu ilin martında Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılıb.

“ELAS-A” MMC Bakı şəhər sakini Bəxtiyar Nazim oğlu Əliyevə qarşı iddia qaldıraraq onun ölkəyə gətirdiyi saxta qida əlavələrinin istifadəsinin qadağan edilməsi, dövriyyədə olan əlavələrin yığışdırılmasını xahiş edib. Məhkəmə iddia üzrə araşdırma aparıb və qərar verilib ki, ölkə ərazisində dövriyyəsi qadağan olunmuş saxta qida əlavələri satış şəbəkələrindən yığışdırılıb məhv edilməli, cavabdehdən “ELAS-A” MMC-nin xeyrınə 3 min manat tutulub ödənməlidir.

Redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, məhkəmənin qərarı sənəd üzərindən o yana keçməyib və ölkədə turistlərin, xüsusən ərəb turistlərinin potensiya aktivatoru bilib aldıqları saxta qida əlavələri - “Herakl”, “Afrika şiri” və s. bu kimi aktivatorlardan ölmə ehtimalı var.

Məsələnin digər maraqlı tərəfi odur ki, 2 saylı İnzibati İqtisad Məhkəməsinin Bəxtiyar Əliyevlə bağlı araşdırma apardığı günlərdə Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi onun izinə düşüb. Bəxtiyar Əliyevin saxlanılması haqda mətbuatda videolar yayılıb.
Məhkəmə qərar verəndən sonra isə qərar icra olunması üçün Suraxanı Rayon İcra və Probasiya Şöbəsinə göndərilib. Bu ilin martında iş üzrə son qərar verilsə də, saxta qida əlavəsi apteklərdən bu günə qədər yığışdırılmayıb. Məhkəmə qərarını qərəzli şəkildə icra etməyən Bəxtiyar Əliyev sentyabrın 24-də Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı Rayon Məhkəməsinə təhvil verilib. Lakin Suraxanı Rayon Məhkəməsinin hakimi Gülsarə İmanova Bəxtiyar Əliyevin barəsində hər hansı bir tədbir görmədən onu sərbəst buraxıb.

Qeyd edək ki, hakim Gülsarə İmanova məhkəmə qərarını qərəzli olaraq icra etməyən Bəxtiyar Əliyevi məhkəmə zalından azad etsə də, barəsindəki məhkəmə qərarının icra vəziyyəti ilə maraqlanmayıb. Bu məhkəmədən təxminən 1 ay əvvəl Bakıda, paytaxtın Nərimanov rayonu ərazisində İraq vətəndaşı, 1967-ci il təvəllüdlü Ammar Ali Abed Al-Juvoorin “Caspian Bussines” hotelində ölmüşdü.

O, təcili yardımla Respublika Kliniki Xəstəxanasına çatdırılsa da, orada ürək tutmasından dünyasını dəyişmişdi. Həmin vaxt hoteldən ölkə.az-a verilən açıqlamaya görə, Ammar Ali Abed Al-Juvoorin avqust ayının 3-dən turpaketlə İraqdan Azərbaycana turist kimi gəlib, ayın 10-da qayıtmalı imiş: “Hadisə axşam saat 18 radələrində baş verib, halı pisləşdi, bizə məlumat verdi, biz də təcili yardım çağırdıq, apardılar xəstəxanaya. Sonra məlumat gəldi ki, dünyasını dəyişib. Biz də ölüm faktı ilə bağlı nümayəndəliyə məlumat verdik. Ümumiyyətlə, onun ölümünə ilkin səbəb kimi cinsi gücü artıran dərmanları həddindən artıq çox qəbul etməsidir, onun da üstündən enerji içkilərini içirlər. Bu zaman da ürəyin fəaliyyəti pozulur və belə hallar yaranır”.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

Oxşar hadisə paytaxtın “Viva Boutique Hotel”də də baş verib. Ərəb turistin mədə qanaxmasından öldüyü ehtimal edilir. Xatırladaq ki, bu ilin yanvar ayında Bakıda hoteldə ərəb turist ürək çatışmazlığından dünyasını dəyişmişdi. Nərimanov rayon Prokurorluğunun məlumatına görə, 56 yaşlı Məsfər Oman Əlbillahi qaldığı hotel nömrəsinə yüngül əxlaqlı 3 qadınla gəlib. Polis hadisə yerinə gələn zaman qadınlar həmin nömrədə olmayıb. Bundan 2 il əvvəl JW Marriott Abşeron hotelindəki nömrələrdən birində ərəb turistinin cəsədi aşkarlanmışdı. 1953-cü il təvəllüdlü Əlmuhanna Məhəmməd Əli Aminənin cəsədində zorakılıq əlamətlərinə rast gəlinməyib. Məhkəmə-tibb ekspertləri 270 kiloqram çəkisi olan ərəbin cəsədini yarıblar. Ərəb turistin ürək tutmasından öldüyü qənaətinə gəlinib. Ərəb turistlərin Bakıda ölmələri ilə bağlı bir neçə versiya var. Azərbaycana axın edən ərəb kişiləri özlərini burada sərbəst aparır, həddindən çox spirtli içki qəbul edir və yüngül əxlaqlı qadınların xidmətlərindən istifadə edirlər. Ehtimal olunur ki, ərəb kişilərin orqanizmi buna davam gətirmir.

Tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl turistlərin ölümünə səbəb olacaq cinsi aktivliyi artıran dərmanların istifadəsi haqda “Yeni Müsavat”a açıqlamasında bunları demişdi. Sitat: “Ərəblər Azərbaycana 5-6 günlük gəlir. Fələkdən bir gün çalmış kimi istəyirlər cinsi əlaqədə çox olsunlar və ”Viaqra"dan istifadə edirlər. Amma bunlar konkret hadisəni izah etmir. Bunlar sadəcə, versiyadır"./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda həkimlərə QADAĞA

    Azərbaycanda həkimlərə QADAĞA ...

    20-09-2016, 14:08

  • 
  • Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanın əleyhinə qərar çıxardı

    Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanın ...

    30-05-2013, 14:57

  • 
  • Qida Təhlükəsizliyi Agentliyi xəbərdarlıq edib

    Qida Təhlükəsizliyi Agentliyi xəbərdarlıq edib ...

    8-08-2018, 14:13

  • 
  • ​Məhkəmə Aslan İsmayılovu cərimələdi - Ona Bakını tərk etmək qadağan olundu

    ​Məhkəmə Aslan İsmayılovu cərimələdi - Ona Bakını ...

    4-07-2018, 19:46

  • 
  • Ali Məhkəmə Navalnının seçkidə iştirakını qadağan edən qərarı qüvvədə saxladı

    Ali Məhkəmə Navalnının seçkidə iştirakını qadağan ...

    6-01-2018, 18:44


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu