Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) inventarlaşdırma işlərinin aparılması ilə bağlı komissiya yaradılıb. Bununla bağlı BŞİH başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov sərəncam imzalayıb. Yoxlamalar İcra Hakimiyyətinin bütün strukturlarında, o cümlədən Bakı Lift-Təmir İstehsalat Birliyində də tam və hərtərəfli şəkildə aparılacaq. “İnventarlaşdırma işləri normal hal sayılır və vaxtaşırı olaraq bütün idarə və təşkilatlarda keçirilir”, - BŞİH-dən “Report”a daxil olan məlumatda bildirilib.
Sorğu
Yeni dizaynımız necədir?