Bu yaxınlarda fəaliyyəti dayandırlımış “APA Holdinq”ə daxil olan “Apasport.az” saytının köhnə komandası yeni idman saytı yaradıb.
“Matc.az” adlanan sayta bağlanmış “Apasport.az”ın baş redaktoru İxtiyar Əsgərov rəhbərlik edir.
İ.Əsgərov əməkdaşımıza deyib ki, komanda öz gücünə inanır və buna görə yeni saytla yola çıxıblar:
“Əlbəttə gücümüzə əminəm və heç bir rəqabətdən qorxmuruq. Yoxsa yenidən bu işə başlamazdıq. Digər yandan, “Apasport”dan kifayət qədər təcrübəmiz var. Bu baxımdan “Matç.az” idman jurnalistikası sahəsində öz sözünü deyəcək”.
Baş redaktor deyib ki, yeni saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.
"Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik"./modern.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?