GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Anası gözlərinin qarşısında öldürülən qadın:"Axırıncı zərbədə bıçaq qırılıb, ürəyində qaldı"

Anası gözlərinin qarşısında öldürülən qadın:"Axırıncı zərbədə bıçaq qırılıb, ürəyində qaldı"

Tarix: 5-10-2018, 15:45 Bölmə :Cəmiyyət Baxış: 448
Anası gözlərinin qarşısında öldürülən qadın:"Axırıncı zərbədə bıçaq qırılıb, ürəyində qaldı"


Arvadını amansızlıqla qətlə yetirən şəxsin məhkəməsi başlayıb.

Maştağa qəsəbəsində arvadını öldürməkdə təqsirləndirilən Zamin Rəsulovun cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda yazılır ki, Zamin Rəsulovun arvadı ilə aralarında pul üstündə mübahisələri olub. Belə ki, Zamin Rəsulov 90 min manat pulun arvadı tərəfindən ondan xəbərsiz xərclənməsinə etiraz edib və onlar arasında dəfələrlə mübahisə olub. Sonuncu mübahisə isə qətllə nəticələnib.

Elan edilmiş ittihamla bağlı Zamin Rəsulovdan özünü təqsirli bilib-bilməməsi soruşulub. Z.Rəsulov söyləyib ki, hadisə vaxtı qızının və özünün orada olduğunu xatırlayır.

Davranışlarında problem olduğu hiss edilən Z.Rəsulov söyləyib ki, əsəbi olub, həmin vaxt gözünün birindən ağrı başlayıb, ürəyi döyünüb, əlləri əsib. Rəsulov sonra əlinin kəsildiyini və ətrafın qan olduğunu xatırladığını qeyd edib.

Pul məsələsindən də danışan Rəsulov qeyd edib ki, mərhum arvadı 20-yə yaxın qadından pul alıb. Sonra həmin pulları geri qaytarmayıb. Onun sözlərinə görə, evinə gələn qadınlar pulu ondan tələb edib.

Hadisə barədə daha ətraflı danışan Z.Rəsulov özündə olmadığını deyib: "Əvvəlcə öz başıma-başıma vurdum. Qulağım guruldadı. Əlimdən fontan kimi qan çıxırdı. Qaranlıq koridorda idim. Sonra polislər gəldi. Dedilər ki, mən eləmişəm".

Prokurorun arayışından məlum olub ki, mərhum ölmədən əvvəl qızına məktub yazıb, öləcəyi təqdirdə günahkarın Zamin Rəsulov olduğunu qeyd edib. Rəsulov belə bir hadisənin olmadığını, arvadını heç vaxt hədələmədiyini deyib.

Prosesdə Zamin Rəsulovun qızı da ifadə verib. O, deyib ki, daha əvvəl anası ilə atası arasında dava-dalaş olmayıb. Amma son vaxtlar münasibətləri pozulub: "Anam xəstələnəndə atam dedi ki, cəhənnəmə olsun. Əməliyyat olunandan sonra da evə qoymadı. Dedi ki, evə gətirmə. Atam mənə dedi ki, anan pulları nə edib? Mən də dedim ki, ər-arvad özünüz bilərsiz. Sonra əmimgillə atamın yanına getdik, danışdıq. Razılaşmadan sonra anam evə qayıtdı. Bir müddət sonra atam dedi ki, gəl ananı apar, yoxsa öldürəcəm. Sonra anamı öz evinə gətirdim. Atam xəstələnəndə onu xəstəxanaya apardıq. Atam xəstəxanada olanda anam məndən evin açarını istədi. Mən də hər gün xəstəxanaya atamın yanına gedirdim. Bir neçə gün sonra atamı xəstəxanadan çıxarıb evə apardım. Atam anamı evdə görəndə mənə dedi ki, evin açarını niyə vermisən? Mən də dedim ki, öz evinin açarıdır. Bir neçə saat mübahisə elədilər. Anamla mən divanda oturmuşduq. Atam birdən otağa girdi, mənə dedi ki, çölə çıx. Atam anama dedi ki, pulları nə eləmisən? Elə belindən bıçağı çıxarıb başladı vurmağa. Birinci bıçaq əlimə batdı. Sonra dəfələrlə vurdu. Anam alverlə məşğul idi. Mal satırdı. Pul davası da həmin işlə bağlı idi".

Şahid deyib ki, sonuncu zərbədə bıçaq anasının ürəyində qırılıb qalıb.

Cinayət hadisəsi bu il Maştağa qəsəbəsində baş verib. Həmin ünvanda yaşayan 62 yaşlı Z.Rəsulov evində həyat yoldaşı, 60 yaşlı Natəvan Rəsulovaya iri mətbəx bıçağı ilə 13 ağır zərbə endirib. Qadın hadisə yerindəcə keçinib. Hadisə onların 41 yaşlı qızlarının gözü qarşısında baş verib.

Məlumata görə, əvvəllər bir neçə dəfə infarkt keçirmiş 62 yaşlı Z.Rəsulov bir müddət əvvəl iflic olub və xəstəxanaya yerləşdirilib. Sonuncu müalicə prosesindən sonra qızı və həyat yoldaşı onu xəstəxanadan çıxararaq evə gətirib. Evə gəldikləri gün kişi ilə xanımı arasında mübahisə yaranıb. Z.Rəsulov mətbəx bıçağını götürərək, həyat yoldaşına hücum edib və onu öldürüb. Qızı atasının törətdiyi əmələ mane ola bilməyib və təcili yardım çağırsa da, artıq gec olub.

Hadisəni törədən Z.Rəsulov iki dəfə evli olub. O, uzun illər əvvəl N.Rəsulova ilə ailə qurub. Lakin boşanaraq başqa qadınla evlənib. Xeyli keçəndən sonra Z.Rəsulov ilk həyat yoldaşının yanına qayıdıb./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qumara görə dostunu öldürən şəxs və sevgilisi məhkəmə qarşısında

    Qumara görə dostunu öldürən şəxs və sevgilisi ...

    10-04-2018, 13:23

  • 
  • Sosial şəbəkədə kişi ilə yazışan arvadını boğdu – Dəhşətli qətlin təfərrüatı

    Sosial şəbəkədə kişi ilə yazışan arvadını boğdu – ...

    20-09-2018, 17:49

  • 
  • “Məqsədim işgəncə vermək olub”

    “Məqsədim işgəncə vermək olub” ...

    18-02-2018, 21:07

  • 
  • Arvadını öldürənə cəza istənildi

    Arvadını öldürənə cəza istənildi ...

    17-01-2017, 17:53

  • 
  • “Məqsədim işgəncə vermək olub”

    “Məqsədim işgəncə vermək olub” ...

    12-02-2018, 11:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu