Prezident İlham Əliyev “Azərbaycan hökuməti ilə Rumıniya hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 23 may tarixli 2834 nömrəli sərəncamında dəyişiklik edilməsi edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:
Komissiyanın həmsədri
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Azərbaycan Respublikası energetika nazirinin müavini Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Azərbaycan Respublikası təhsil nazirinin müavini Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri. Xarici İşlər Nazirliyinə sərəncamla edilən dəyişiklik barədə Rumıniya tərəfinə bildiriş göndərmək tapşırılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?