GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Emal olunmuş ət ilə "süd vəzi xərçəngi arasında əlaqə var" -Araşdırma

Emal olunmuş ət ilə "süd vəzi xərçəngi arasında əlaqə var" -Araşdırma

Tarix: 9-10-2018, 11:44 Bölmə :Cəmiyyət Baxış: 327
Emal olunmuş ət ilə "süd vəzi xərçəngi arasında əlaqə var" -Araşdırma


Araşdırmaçılara görə, bekon və sosiskalar kimi qidaların mütəmadi qəbulu süd vəzi xərçəngi riskini artırır.

Müəyyənləşib ki, emal olunmuş əti daha çox qəbul edən qadınların döş xərçənginə tutulma ehtimalı 9% artıqdır.

İcmal, Dünya Səhiyyə Təşkilatının daha əvvəl əldə etdiyi emal olunmuş ət xərçəngə səbəb olur nəticələri ilə üst-üstə düşür.

Mütəxəssislər isə nəticələrə ehtiyatla yanaşmağı məsləhət bilir və deyirlər ki, individual qadınlar üçün risk "çox azdır."

Bu qənaətlər nə dərəcədə etibarlıdır?

Bir milyondan çox qadının məlumatlarının daxil olduğu icmal göstərib ki, emal olunmuş ətin qəbulu ilə süd vəzi xərçəngi arasında əlaqə var. Lakin bu ət növlərinin xərçəngə səbəb olub-olmadığı aydın deyil.

Diqqət yetirməli olduğumuz bəzi məqamlar da var.

15 araşdırmanın istinad edildiyi icmalda hər araşdırma üzrə yüksək istehlak anlayışının fərqli olduğu nəzərə alınıb.

Məsələn, icmalda yer alan və Böyük Britaniyada aparılan bir araşdırmada yüksək istehlak gündə 9 qram kimi təsvir edildiyi halda, başqa araşdırmalarda göstərici daha yuxarıdır.

Bu araşdırmanı aparan elm adamları insanların dediklərini qeydə alıblar və bir müddət sonra əlaqə yaradaraq kimin döş xərçənginə yoluxub-yoluxmadığını öyrəniblər.

Amma məsələ burasındadır ki, insanlar emal olunmuş əti fərqli miqdarda yeyirlər və eyni zamanda başqa mənada daha az sağlam həyat tərzi sürərək də xərçəng riskini artırmış ola bilərlər.

Risk nə dərəcədədir?

Böyük Britaniyada 100 qadından təxminən 14-ü həyatlarının hansısa dönəmində süd vəzi xərçənginə tutula bilər.

Təxmin edilir ki, bu növ xərçəng hallarının 8 faizi artıq çəkili olmaqdan irəli gəlir və daha 8 faizi spirtli içki qəbulunun payına düşür.

International Journal of Cancer jurnalında dərc olunan bu araşdırmanın müəlliflərinə görə, əldə etdikləri əlaqə yalnız emal olunmuş ət üçün keçərlidir və qırmızı ətə aid deyil.

Dünya Səhiyyə Təşkilatı (WHO) emal olunmuş əti, əsasən bağırsaq xərçəngi riskini artırdığı üçün kanserojen hesab edir. Eyni zamanda qeyd olunur ki, qırmızı ət də "çox güman kanserojendir".

Emal olunmuş ət nədir?

Emal olunmuş ət, ətin hisə verilmiş, qurudulmuş, yaxud duz və ya qoruyucu maddələr əlavə edilmiş formasıdır. Bu ya məhsulun istifadə müddətini uzatmaq, ya da dadını dəyişmək məqsədilə edilir.

Emal olunmuş ətə bekon, sosiskalar, hot doqlar, salami, konservləşdirilmiş mal əti və vetçina daxildir.

Bu məhsulların xərçəng riskini nə üçün artırdığı barədə müxtəlif nəzəriyyələr mövcuddur. Belə nəzəriyyələrdən biri də duzun ətdəki proteinə reaksiya göstərərək onu kanserojenik hala gətirməsidir.

Emal olunmuş əti tamamilə kəsməliyikmi?

ABŞ-da yerləşən Harvard Universitetinin TH Chan İctimai Sağlamlıq Məktəbindən aparıcı müəllif dr. Məryəm Farvid, ətdən imtina etmək əvəzinə azaltmağı məsləhət bilir.

Hazırda NHS (Birləşmiş Krallığın səhiyyə sistemi) gündəlik 70 qramdan artıq qırmızı və emal olunmuş ət yeməyi məsləhət bilmir.

Reading Universitetinin bəslənmə və sağlamlıq üzrə dosenti dr. Gunter Kuhnle (araşdırmada iştirak etməyib) deyir ki, bu araşdırma əsasında insanların qırmızı və emal olunmuş ət qəbulunu azaltmaq məsləhəti "mübahisəlidir".

Onun sözlərinə görə, emal olunmuş ətin daşıdığı risk fərdi mənada "çox aşağıdır" və daha çox əhalinin sayı miqyası ilə ölçülür.

Lakin dr. Kuhnle əlavə edib ki, araşdırmanın nəticələri ilə kifayətlənmək lazım deyil və emal olunmuş ət ilə xərçəng arasındakı əlaqə tam araşdırılmalıdır və bu riskin yeni qida istehsalı kimi yollarla azaldılmasının mümkünlüyü sınaqdan keçirilməlidir.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Süd vəzi xərçənginə qalib gəlmək üçün yeni üsul tapıldı

    Süd vəzi xərçənginə qalib gəlmək üçün yeni üsul ...

    30-08-2018, 16:07

  • 
  • ABŞ: Sağalmaz sayılan süd vəzi xərçənginin gözlənilməz müalicə üsulu kəşf edilib

    ABŞ: Sağalmaz sayılan süd vəzi xərçənginin ...

    6-06-2018, 18:16

  • 
  • Azərbaycanda döş xərçəngi diaqnozu qoyulanlara xoş xəbər

    Azərbaycanda döş xərçəngi diaqnozu qoyulanlara ...

    11-05-2014, 12:37

  • 
  • Dezodorantlardan istifadə etməyin - Xərcəng əmələ gətirir

    Dezodorantlardan istifadə etməyin - Xərcəng əmələ ...

    14-11-2016, 17:10

  • 
  • Aktrisa idmançılara çatmadı - FOTOLAR

    Aktrisa idmançılara çatmadı - FOTOLAR ...

    23-10-2014, 12:42


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu