GundemXeber.Az bildirir ki, Bolqarıstan polisi qadın jurnalist Viktoriya Marinovanın qətlində şübhəli bilinən şəxsi saxlayıb.
"Şübhəlinin həbs olunduğunu söyləyə bilərik", - mənbə agentliyə söyləyib, amma saxlanılmanın detalları barədə məlumat verməyib. Onu da qeyd edək ki, daxili işlər naziri Mladen Marinov bir saat ərzində xüsusi bəyanatla çıxış etməyi planlaşdırır. O, hazırda hadisə yerindədir. Xatırladaq ki, daha əvvəl Avropa İttifaqı fondlarından maliyyə vəsaitlərinin oğurlanmasını araşdıran xanım jurnalist Viktoriya Marinovanın Bolqarıstanda zorlanaraq vəhşicəsinə öldürüldüyü barədə məlumat yayılıb.
Sorğu
Yeni dizaynımız necədir?