Bakı şəhər Prokurorluğu sabiq prokurorluq əməkdaşı Elçin Qurbanovun həbsi ilə bağlı məlumat yayıb.
Prokurorluqdan verilən məlumatda qeyd olunur ki, Elçin Müzəffər oğlu Qurbanov 2018-ci il fevralın 21-də Bakı şəhər Prokurorluğunun Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi-dəftərxana müdiri vəzifəsindən azad edilib. Onun qanunsuz hərəkətlərə yol verməsi barədə daxil olmuş müraciətlər əsasında 09.04.2018-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən Azərbaycan Respublikası CM-nın 178.2.1 və 310-cu maddələri ilə başlanaraq istintaqın aparılması Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə həvalə edilib. Aparılmış istintaq zamanı Elçin Müzəffər oğlu Qurbanov Azərbaycan Respublikası CM-nın 310, 178.2.1, 178.2.4, 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi 2018-ci il avqustun 20-də baxılması üçün Bakı şəhəri, Xətai rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, E.Qurbanovun həbs olunması barədə xəbəri "Report" yayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?