Rusiyanın Moskva Şəhər Məhkəməsi tanınmış iş adamı Telman İsmayılovun bacısı oğlu Zaur Mərdanovu 10 milyon rubl girov qoyulması müqabilində azad etmək barədə qərar çıxarıb.
Gundemxeber.Az xəbər verir ki, Z.Mərdanov barəsində 2004-cü ildə müğənni Avraam Russonu oğurladığına görə bu ilin sentyabrın 20-də Basmannı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.
T.İsmayılov barədə isə 2016-cı ildə iş adamları Vladimir Savkin və Yuri Brılevin qətlə yetirilməsi ilə əlaqədar təşkilatçı qismində qiyabi həbs qətimkan tədbiri tətbiq olunmuşdu.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?