“Kəpəz” Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin sədri Elmir Vəliyev tutduğu vəzifədən istefa verib.
Gundemxeber.Az klubun saytına istinadən xəbər verir ki, E.Vəliyev qərarını işlərinin çoxluğu ilə əlaqələndirib. Onun yerinə hələlik heç bir təyinat yoxdur.
Qeyd edək ki, Elmir Vəliyev Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin oğludur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?