Azərbaycanda hotellərin gəlirlərinin 23 faizi içki və qida satışının payına düşür.
Gundemxeber.Az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, cari ilin 9 ayında Azərbaycanda mehmanxanaların gəlirləri 286,1 milyon manat olub ki, onun da 68,1 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 23,4 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 3,0 faizi müalicə və sağlamlıq xidmətlərindən, 5,5 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
Mehmanxanaların nömrə fondundan istifadə səviyyəsinin orta göstəricisi ölkə üzrə 21,9 faiz olub. Bu göstərici Naftalanda 62,0 faiz, Ağstafada 36,7 faiz, Qəbələdə 35,3 faiz, Bakıda 30,5 faiz, Zərdabda 24,7 faiz, Qubada 24,3 faiz, Şəmkirdə 23,1 faiz, Şirvanda 22,4 faiz, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olub.
Mehmanxanaların nömrə fondundan istifadə səviyyəsinin orta göstəricisi avqust ayında ən yüksək – 35,1 faiz olub. Bu göstərici iyulda 32,3 faiz, sentyabrda isə 23,2 faiz təşkil edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?