GundemXeber.Az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Hadisə Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, oktyabrın 31-də saat 6 radələrində Abşeron rayon sakini Namiq Məmmədov idarə etdiyi “Daewoo” markalı 130 saylı xətt avtobusla yolu keçən 25-30 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb. Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?