Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 1-də ölkədə 118 cinayət faktı qeydə alınıb, onların da 21-i “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətinaçılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Ölkənin avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?