GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » NAZİRLƏR ARASINDA GƏRGİNLİK - Əbülfəs Qarayev Samir Şərifova cavab verdi

NAZİRLƏR ARASINDA GƏRGİNLİK - Əbülfəs Qarayev Samir Şərifova cavab verdi

Tarix: 13-11-2018, 14:43 Bölmə :Cəmiyyət Baxış: 518
NAZİRLƏR ARASINDA GƏRGİNLİK - Əbülfəs Qarayev Samir Şərifova cavab verdi


Mədəniyyət naziri Əbülfəs Qarayev maliyyə naziri Samir Şərifovun Milli Məclisdə kino sahəsində səmərəli mexanizm olmadığı və bu səbəbdən son 2 ildə kino sahəsinə vəsaitin ayrılmasının məhdudlaşdırıldığı barədə çıxışına məqalə ilə cavab verib.

Ə. Qarayev rəsmi mətbuatda dərc olunan “Milli mədəni intibahın parlaq üfüqləri” məqaləsində yazıb ki, bu il Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan kinosunun 120 illiyi geniş şəkildə qeyd olunur.

Mədəniyyət naziri iddia edib ki, ötən dövrdə zəngin mədəniyyət salnaməmizə parlaq səhifələr yazan Azərbaycan kinosu müstəqillik dövründə yeni inkişaf mərhələsini yaşayır: “O cümlədən son 15 ildə milli kinematoqrafiya mühüm yol qət edib. Ölkə rəhbəri tərəfindən “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsindən keçən müddət ərzində 46 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 200-dən çox sənədli, 20-dən çox cizgi filmi çəkilib. Kinoda gənclərə geniş meydan açılıb, 60-dan çox rejissor özünün ilk ekran əsərini çəkib. Son dövrdə çəkilən filmlərimiz 50-dək ölkədə beynəlxalq festivallarda iştirak edib, təkcə ötən il 15 filmimiz 20-dək beynəlxalq festivalda mükafata layiq görülüb. Son illərdə “Azərbaycanfilm” kinostudiyasında, həmçinin Bakı Media Mərkəzində milli tarixi yaddaşın bərpasına, Azərbaycanın ictimai-siyasi həyatına, görkəmli şəxsiyyətlərə həsr olunan qiymətli bədii və sənədli ekran əsərləri ərsəyə gətirilir. Bu qəbildən filmlərin ölkəmizlə yanaşı, xaricdə də təqdimatları keçirilir. Kino irsinin qorunması, filmlərin nümayişi sahəsində də mühüm işlər görülür. 2009-cu ildə istifadəyə verilən Dövlət Film Fondunun binası texniki imkanlarına görə dünyada ən müasir kino-arxiv müəssisələrindəndir. Əsaslı yenidənqurmadan sonra 2011-ci ildə Bakıda Nizami Kino Mərkəzinin istifadəyə verilməsi ilə müasir səviyyəli kino prokatının əsası qoyulub. Dövlətin bu sahədə nümunə olan addımından sonra müasir tələblərə uyğun özəl kinoteatrlar şəbəkəsi inkişaf etməyə başlayıb”.

Qeyd edək ki, maliyyə naziri S. Şərifov ötən həftə büdcə müzakirələri zamanı kino sahəsinə vəsait ayrılmaması barədə sualı cavablandırarkən deyib ki, son 2 ildə kino sahəsinə vəsaitin ayrılmasını məhdudlaşdırıblar: “Halbuki, əvvəllər bu istiqamətdə ildə 8 mln. manata yaxın vəsait ayrılırdı. Mən də kino sənayesinin inkişafının tərəfdarıyam. Amma hökumətin ümumi fikri ondan ibarətdir ki, burada keyfiyyətyönümlü dəyişiklik baş verməlidir. İndi deyirlər ki, 1,5 mln. manata kino çəkmək çətindir, amma çəkilir. Burada bir sistem olmalıdır. Dövlət büdcəsinin ehtiyat imkanları var. Daha səmərəli mexanizm yaradılarsa, bu, yüksək keyfiyyətə malik kino əsərlərinin ortaya çıxmasına xidmət edəcək bir proqramın ərsəyə gəlməsi ilə nəticələnməlidir. Son 1-2 ildə özəl sektor tərəfindən bir neçə kino əsəri ərsəyə gətirilib. Bu da onu göstərir ki, söhbət təkcə puldan getmir”./BakuPost
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əbülfəs Qarayev Mikayıl Müşfiqin meyitinin qalıqlarının tapılması ilə bağlı iddialara münasibət bildirib

    Əbülfəs Qarayev Mikayıl Müşfiqin meyitinin ...

    23-10-2018, 12:31

  • 
  • Əbülfəz Qarayev Qubada inək vurdu -EKSKLÜZİV

    Əbülfəz Qarayev Qubada inək vurdu -EKSKLÜZİV ...

    11-08-2013, 15:25

  • 
  • Əbülfəs Qarayev üçün korrupsiya tələsi hazırdır

    Əbülfəs Qarayev üçün korrupsiya tələsi hazırdır ...

    8-12-2013, 11:51

  • 
  • Əbülfəs Qarayev deputatın tikintisini dayandırdı – Araşdırma başladıldı

    Əbülfəs Qarayev deputatın tikintisini dayandırdı ...

    7-06-2018, 15:36

  • 
  • Prezident sərəncam verdi

    Prezident sərəncam verdi ...

    14-01-2016, 20:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu