Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Sona Vəliyevanın Şura üzvlüyündən getməsinin səbəbini açıqlayıb.
Nuşirəvan Məhərrəmli Demokrat.Az-a açıqlamasında bildirib ki, bir neçə müddət öncə Sona Vəliyeva elmi fəaliyyətilə əlaqədar olaraq ölkə başçısına müraciət edib: "Cənab Prezident də Sona xanım Vəliyevanın istefa ərizəsini qəbul edib. Çünki Sona Vəliyeva çoxdandır ki, elmi iş yazır. Bu səbəbdən də Sona Vəliyeva rəsmi şəkildə istefa ərizəsilə cənab Prezidentə müraciət etmişdi. Cənab Prezident də onun istefasını qəbul edib. Yəni, Sona Vəliyeva öz xahişi ilə Milli Televiziya və Radio Şurası üzvlüyündən gedib. Yəni, onunla bağlı hər hansı problem olmayıb". Xatırladaq ki, Sona Vəliyevanın MTRŞ üzvlüyündən getməsi xəbərini Demokrat.Az saytı yayıb. Onu da bildirək ki, 2013-cü il noyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Sona Vəliyevanın Milli Televiziya və Radio Şurasının üzvü təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunurdu ki, Sona Məhəmməd qızı Vəliyeva 6 il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilsin. Tanınmış yazıçı Sona Vəliyeva Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənovun həyat yoldaşıdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?