“Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) timsalında öz təhlükəsizliyimizi Rusiyaya etibar etdik. Belarus “Polonez”ləri Azərbaycana sataraq, bizim müttəfiqimiz olmadığını çoxdan göstərmişdi, Qazaxıstan qardaşı olan Azərbaycanın maraqlarını bütün şərtlərdə qoruyur. Bu gün əmin oluruq ki, təhlükəsizliyimizi qoruyanlar Ermənistanın sonunu gətirəcəklər”.
Bu barədə erməni şərhçi Samvel Ohanesyan KTMT-də baş verənlərlə bağlı bildirib. Ohanesyan Ermənistanın qərbə sərhədlərinin Rusiya sərhədçiləri tərəfindən qorunmasına diqqət çəkərək, bunun təhlükəli olduğunu iddia edir. “Türkiyə əsgərləri sərhəddə yerləşən Pştavan kəndindəki evləri 100-150 metr məsafədən izləyə bilirlər. Buna səbəb sərhədi qoruyan rusiyalı sərhədçilərin sərhəd postlarını sökməsidir. Hazırda türk postu erməni kəndini ovucunun içi kimi izləyə bilir. Rus sərhədçilərinin qoruduğu, əslində isə qoruya bilmədiyu bu ərazidə tez-tez pozuntular qeydə alınır. Türkiyə və Ermənistan tərəfindən sadə insanlar bəzən yolu azaraq, sərhədi keçirlər. Bəzən isə oğurluq halları olur. Misal üçün bu yaxınlarda 61 yaşlı erməni Karapetyanın traktoru və otçalanı oğurlandı, bu texnikanın dəyəri 20 min dollardır. Əgər bu oğurluqda rus sərhədçilərinin əli varsa, bu cinayətdir, əgər yoxdursa, deməli onların səhlənkarlığı üzündən olub”, - deyə o bildirib. Erməni şərhçi qeyd edir ki, əgər Qarabağda müharibə başlasa və toqquşmalar genişlənsə, heç kim qorunmayan bu sərhəddən Ermənistana hücum edilməyəcəyinə zəmanət verə bilməz: “Azərbaycan kəşfiyyatı üçün Ermənistana daxil olmağın ən yaxşı yolu bu ərazi ola bilər”./Publika.az
Sorğu
Yeni dizaynımız necədir?