GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İşıqlandırılmayan, işarələnməyən, təhlükəli Ağsu aşırımı - PROBLEM

İşıqlandırılmayan, işarələnməyən, təhlükəli Ağsu aşırımı - PROBLEM

Tarix: 27-11-2018, 11:04 Bölmə :Cəmiyyət Baxış: 324
İşıqlandırılmayan, işarələnməyən, təhlükəli Ağsu aşırımı - PROBLEM


Dünya İqtisadi Forumunun yeni dərc olunan “Qlobal Rəqabətlilik Hesabatı”na əsasən Azərbaycan yolların keyfiyyət indeksinə əsasən 34-cü yerdə qərarlaşıb.

Bu indeks üzrə ölkəmizin mövqeyi ötən illə müqayisədə 2 pillə yüksəlib və postsovet məkanında lider ölkə olub. Ötən il Azərbaycan hesabata əsasən 36-cı yerdə idi. Dünyanın 140 ölkəsi arasında yol infrastrukturunun keyfiyyəti indeksinə görə Azərbaycan bir sira Avropa dövlətlərini, o cümlədən Litva, Estoniya, Sloveniya, Norveç, İrlandiya, Belçika, İtaliya və digər ölkələri geridə qoymaqla əhəmiyyətli irəliləyiş əldə edib.

Bununla belə, Azərbaycanda problemli yollar da az deyil. Xüsusən dağlıq ərazilərdə, aşırımlarda yolların uyğunsuzluğu, yol nişanlarının, ayırıcı, yol kənarı işıq əks etdirən xətlərin yoxluğu sürücülərin böyük başağrısına çevirilir. Qış aylarında belə ərazilərdə hərəkət son dərəcədə təhlükəli olur.

Yol nəqliyyatı üzrə ekspert Elməddin Muradlı deyir ki, qış aylarında sürücülərin görmə bucağı məhdudlaşır, xüsusən də axşam saatlarında, hava qaralandan sonra yollarda çox təhlükəli vəziyyət yaranır: “Yolların işıqlandırılması çox vacib bir məsələdir. Hansı yollarda normal işıqlandırma varsa, həmin yollarda qəzalar minimum həddədir. Yollarda günəş enerjisi ilə işləyən yol nişanları quraşdırılıb. Həmin yol nişanlarının üzərində günəş panelləri var. Gün ərzində günəş panelləri gün şüasını elektrik enerjisinə çevirir. Nəticədə alınan elektrik enerjisi yol nişanının və piyada keçidinin üzərində olan müxtəlif rəngli işıqların gecə ərzində yanmasına səbəb olur. Gecə saatlarında qaranlıq yolla hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri yol kənarlarında olan həmin nişanlara baxıb hərəkəti tənzimləyir. Müşahidələr onu deməyə əsas verir ki, qəza əsasən axşam saatlarında, işıqlandırılmayan, yol nişanları, yol xətləri olmayan ərazilərdə baş verir. Ağsu aşırımında, Gədəbəydəki Yasamal aşırımında, Şamaxıdan İsmayıllıya doğru eniş-yoxuşlu ərazilərdə belə yol nişanlarının, yol kənarı xətlərin olması, döngəni bildirən sayrışan işıqların quraşdırılması çox vacibdir. Duman-çən həmin ərazilər üçün çox təbii hadisələrdir. Bu da öz növbəsində nəqliyyat vasitələrinin sürücüləri üçün görməni məhdudlaşdıran amillərdəndir. Ağsu aşırımında ilin bu vaxtları dumanla müşayiət olunan çiskinli hava şəraiti bərqərar olur. Yolun islanması nəqliyyat vasitələrinin tormozlama məsafəsini bir neçə dəfə artırır, duman, da görmə bucağının bəzən 1 metrə qədər azalmasına gətirib çıxarır. Bu isə sükan arxasında olan sürücülər üçün olduqca əlverişsiz, hətta ən təhlükəli bir vəziyyətdir. Bu baxımdan Ağsu aşırımında və ümumilikdə ölkə ərazisindəki avtomobil yollarının keçdiyi aşırımlarda döngəni bildirən sayrışan işıqların, günəş enerjisi ilə çalışan yol nişanlarının, yol kənarlarında işığı əks etdirən yolkənarı xətlərinin çəkilməsi olduqca vacib, həyati əhəmiyyətli məsələdir. Ağsu aşırımlarında yolun uyğunsuzluğu, standartlardan uzaq olması illərdir ki, orada iri avtobusların hərəkətinin məhdudlaşdırılması ilə nəticələnib. Çünki ərazidə dəfələrlə yol-nəqliyyat hadisələri baş verib. Buna görə də avtobuslar alternativ yolla hərəkət edirlər. Bu da vaxt itkisi, yolun uzanması deməkdir”.

Elməddin Muradlı xüsusi olaraq vurğulayır ki, yollarda işıqlandırılma məsələsi təcili olaraq həll olunmalıdır: “Dünya praktikası var, harada yollar işıqlandırılırsa, orada qəzaların sayı minimuma, yox həddinə qədər enir. Ağır yol hadisələrinin əksəri sutkanın qaranlıq vaxtına təsadüf edir. Piyadalar sürücünün görmə bucağının hava qaralandan sonra azalmasını nəzərə almadan yolun hərəkət zonasına daxil olurlar. Düşünürlər ki, uzaqdan gələn nəqliyyat vasitəsinin sürücüsü yolda olan maneəni - yəni piyadanın özünü görəcək. Əslində isə belə deyil. Xüsusilə sürət olan yollarda piyada bilməlidir ki, sürət və görmə bucağı tərs mütənasibdir. Sürət artdıqca görüş bucağı daralır. Bu fiziki bir vəziyyətdir. Sürət artdıqca yolun sağ-solunda olan obyektlər, hərəkətlər və ya rənglər yavaş-yavaş itməyə başlayır. Sürücünün gözü uzağa yönəlir, yolun ətrafındakılar görünməz olur. Sanki bir tunelə daxil edilir və sürücü yalnız çox uzağı görür. Nəqliyyat vasitəsi saatda 70 kilometr sürətlə hərəkətdədirsə, görmə bucağı 75 faiz, saatda 100-lə hərəkətdədirsə, 45, 130-la hərəkətdə olanda isə 30 faizə qədər daralır. Piyadalar bu xüsusatları nəzərə almalıdırlar. Xüsusən də yağışlı, çiskinli hava şəriti görmə bucağını minimuma qədər azaldır. Sürücülər də sürət rejiminə riayət etməlidirlər ki, qəzadan sovuşa bilsinlər”.

Qeyd edək ki, “Qlobal Rəqabətlilik Hesabatı”na əsasən dünyada yolların keyfiyyəti indeksinə görə ilk 5-likdə Sinqapur, İsveçrə, Niderland, Honkonq və Portuqaliya qərarlaşıb. Məlumat üçün qeyd edək ki, bu ilki hesabata əsasən yolların keyfiyyəti indeksinə əsasən Türkiyə 33-cü, Azərbaycan 34-cü, Avstraliya isə 35-ci yerləri tuturlar. Yolların keyfiyyəti 1-7 bal üzrə qiymətləndirilib. Bununla belə, heç bir ölkə ən yüksək bal toplaya bilməyib./“Yeni Müsavat”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • WEF-in reytinqi: Azərbaycan artıq Pribaltikaya yaxınlaşıb

    WEF-in reytinqi: Azərbaycan artıq Pribaltikaya ...

    3-09-2014, 12:28

  • 
  • Biznes imkanı: Azərbaycan beynəlxalq reytinqdə 10 pillə gerilədi

    Biznes imkanı: Azərbaycan beynəlxalq reytinqdə 10 ...

    29-10-2014, 11:26

  • 
  • Azərbaycan hərbi güc reytinqində 5 pillə irəlilədi

    Azərbaycan hərbi güc reytinqində 5 pillə irəlilədi ...

    17-09-2018, 10:23

  • 
  • Polisdən sürücülərə MÜRACİƏT

    Polisdən sürücülərə MÜRACİƏT ...

    4-12-2015, 13:49

  • 
  • Korrupsiya reytinqi: Azərbaycan 177 ölkə arasında 127-ci sıradadır

    Korrupsiya reytinqi: Azərbaycan 177 ölkə arasında ...

    3-12-2013, 12:32


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu