Göyçay şəhərində meşə fondunun hesabına yeşik sexi işlədən şəxsə külli miqdarda ziyan tətbiq edilib.
Ekologiya və Təbii Sərvətlər nazirliyindən Axar.az-a verilən məlumata görə, Göyçay şəhərində keçirilən reyd zamanı Ənvər Məmmədxanlı küçəsində fəaliyyət göstərən yeşik hazırlanan sexdə 52 m3 həcmində müxtəlif cinsli meşə materialı aşkar edilib.
Faktla bağlı sexin sahibi Göyçay şəhər sakini Fəqan Vəliyev barəsində akt tərtib edilib və ona meşə fonduna dəyən 6652 manat məbləğində ziyan tətbiq olunub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib./axar.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?