Gundemxeber.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən Suraxanı rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi Pərviz Abdinov tutduğu vəzifədən azad edilərək Nizami rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi təyin edilib.
R. Usubovun digər əmri ilə Nizami rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi Müslüm Quliyev tutduğu vəzifədən azad edilərək Suraxanı rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?