Ermənistan, Azərbaycan və Dağlıq Qarabağda baş verənlər insanlıq baxımından Tarixə istinad etmək istəmirəm. Gundemxeber.az xəbər verir ki, bunu Ermənistan Prezidenti Armen Sərkisyan Maqdeburqdakı Otto Fon Qerik Universitetində azərbaycanlı tələbənin Qarabağ konfliktinin həlli ilə bağlı sualını cavablandırarkən deyib.
“Ermənistan yeni hökuməti və yeni Konstitusiyası var. Mən hökumətin başçısı yox, dövlətin başçısıyam. İndi Ermənistan Almaniyaya bənzəyir. Konstitusiyaya görə, hökumətin başçısı İlham Əliyevlə danışıqlarda iştirak etməlidir. Mənim rolum sadəcə məsləhət verməkdən ibarət ola bilər. Məncə, biz problemin həlli naminə ədalətli və dinc mühitin yaradılması üçün hər şeyi etməliyik. Bu asan olacaqmı? Yox. Məncə, bunu bu gün etməyə cəhd etməliyik, əks təqdirdə sizin və bizim uşaqlarımız illər sonra eyni sualı verəcəklər. Bu problemi həll etməyin vaxtı çatıb”, – deyə o bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?