GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycan bazarını dolduran İran armaturlarına dair şok görüntülər

Azərbaycan bazarını dolduran İran armaturlarına dair şok görüntülər

Tarix: 6-12-2018, 11:17 Bölmə :Cəmiyyət Baxış: 634
Azərbaycan bazarını dolduran İran armaturlarına dair şok görüntülər


ABŞ-ın İrana qarşı sərt sanksiyalar tətbiq etməsi bu ölkə iqtisadiyyatını sarsıdıb. İran hökuməti ölkəyə xarici valyuta gətirə bilmək üçün armatur ixracını stimullaşdırıb və nəticədə İran istehsalı olan ucuz armatur qonşu ölkələrin, o cümlədən Azərbaycanın tikinti materialları bazarını doldurmaqdadır.

Azərbaycan bazarını bir neçə aydır ucuz İran armaturlarının doldurması nəticəsində yerli istehsalçılar çətin vəziyyətlə üzləşib. Çünki qiymət xeyli ucuz olduğundan yerli istehsalçılar bu rəqabətə davam gətirə bilmir. O cümlədən Türkiyədə dəmir-polad istehsalçıları ucuz İran armaturu ilə bağlı həyacan təbili çalırlar və hökumətdən yerli istehsalçıları qorumaq üçün təcili tədbirlər görməyi xahiş edirlər.

Qonşu Gürcüstanda da vəziyyət fərqli deyil. Son aylar bu ölkəyə də İrandan armatur idxalı xeyli artıb, nəticədə yerli istehsalçılar ciddi problemlə üzləşiblər.

Azərbaycana gəldikdə statistik məlumatlara görə 2018-ci ilin 9 ayı ərzində ölkəyə İran, Rusiya və Ukraynadan olmaqla cəmi 120 min ton armatur idxal edilib. Bu, armatura olan tələbatın əhəmiyyətli hissəsi deməkdir. Başqa sözlə, bu sahədə yerli istehsalçıların qorunmasına dair demək olar heç bir iş görülməyib. Hansı ki, İqtisadiyyat Nazirliyinin yerli istehsalçıları öz mallarına dempinq tətbiq edən xarici ölkələrdən qorumaq üçün spesifik rüsumlar tətbiq etmək səlahiyyəti var. Amma bu alət ucuz İran armaturuna qarşı tətbiq edilmir.

Lakin ucuz İran armaturu təkcə yerli istehsalçılar üçün problem yaratmır. Məsələ bundadır ki, İranda köhnəlmiş də olsa texnoloji normalara əməl edən iri metallurgiya kompleksləri, poladəritmə zavodları ilə yanaşı çoxsaylı özəl zavodlar, Azərbaycanda olduğu kimi metal tullantılarını kustar sobalarda əridib heç bir standartlara cavab verməyən armatur istehsal edən primitiv sexlər də fəaliyyət göstərir. Və belə müəssisələrin, sexlərin istehsal etdiyi armaturlar keyfiyyət baxımından olduqca təhlükəli ola bilər.



Virtualaz.org internet mənbələrində İran armaturunun keyfiyyətinə dair araşdırma aparıb və bu sensasion videokadrlarla qarşılaşıb. Kadrlara əsasən hansısa ərəb ölkələrindən birində ağırtonnajlı maşınlardan boşaldılmış armaturlardan birini götürüb beton bloka yüngülcə vururlar. Və bu zərbədən armatur sanki şüşə boru kimi sınır. Kadrlardakı şəxs bu sınaqdan sonra armaturun üzərindəki etiketi nümayiş etdirir. Məlum olur ki, həmin armatur İranın “Saba Steel” zavodunun istehsalıdır.

Araşdırmalara əsasən İranda bu cür “armatur” istehsal edən çoxsaylı zavodlar var. Onların heç bir standarta cavab verməyən və açıq-aşkar təhlükəli məhsullarını son vaxtlara qədər ancaq Əfqanıstan və İraq kimi ölkələrdə alırdılar. Lakin son vaxtlar İran hökumətinin tətbiq etdiyi dempinq siyasəti sayəsində bu cür istehsalçılar öz mallarını sürətlə Azərbaycan bazarına da doldurmağa başlayıblar. Təsəvvür etmək çətin deyil ki, təqdim etdiyimiz bu cür armaturlarla Bakıda çoxmərtəbəli yaşayış binalarının inşa olunması hansı gələcək təhlükələrdən, kütləvi insan tələfatına səbəb ola biləcək uçqunlardan xəbər verir.

Belə ki, kadrlardakı kimi armaturları istehsal edən İran zavodları sadəcə olaraq dəmir filizini və ya metal tullantılarını əridir, ərinti qəliblərə tökülür və armatur hazırdır! Bu ərintinin tərkibinə metala elastiklik verən, onun sınmasını istisna edən xüsusi maddələr vurulmur. Yəni söhbət armatur adına ifrat bərkimiş poladdan gedir.

Virtualaz.org inşaat sektorundakı qaynaqlardan İran armaturlarının Azərbaycan bazarına necə daxil olması və hansı inşaat şirkətləri tərəfindən tikintidə istifadə olunması barədə sensasion faktlar, görüntülər əldə edib. Mənbələr bildiriblər ki, son vaxtlar İran armaturu ölkəyə birbaşa inşaat şirkətlərinin özləri tərəfindən gətirilir. Onlar öz nümayəndələrini İrana göndərir, ucuz armaturu alıb maşınlara yükləyir və nəzərdə tutulan gömrük rüsumlarını ödədikdən sonra ölkəyə daxil edirlər. Və birbaşa inşaat meydançalarına boşaldırlar.

Məsələn, bu foto Bakının Nəsimi rayonunda, Tibb Universitetinin yaxınlığında “pilot layihə” əsasında çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirən “Konstra” MTK-nın tikinti meydançasında çəkilib. Fotoda şirkətin İran armaturunu yük maşınından inşaat ərazisinə boşaltdığı görünür.

Yaxud yenə də Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirən “Pilot İnşaat-A” MMC adlı şirkətin də armaturu İrandan gətirdiyi bildirilir. Növbəti kadrlar isə “Şərurlu İsfəndiyar” kimi tanınan tikinti baronunun inşa etdiyi çoxmərtəbəli binalardan birinin tikinti meydançasından çəkilib. Bu tikintidə istifadə olunan armaturlar da İran istehsalıdır.

Əlbətdə, inşaatçı şirkət hansı ölkənin istehsalı olan tikinti materiallarından istifadə etmək barədə qərarı özü verir. Lakin söhbət İran armaturlarından gedirsə bu şirkətlərin istifadə etdiyi armaturlar təsadüfən “Saba Steel” kimi zavodlarda istehsal edilməyib ki? Ümumiyyətlə, binanın dayanıqlığının birbaşa asılı olduğu və inşaatın ən kritik materiallarından olan armaturun bu kimi MTK-lar tərəfindən İrandan alınıb gətirilməsi zamanı keyfiyyət məsələsinə necə nəzarət olunur? Azərbaycanın müvafiq dövlət strukturları ölkə bazarını dolduran İran armaturlarının keyfiyyətini axırıncı dəfə nə vaxt yoxlayıb? Bu suallar açıq qalır.

Amma Azərbaycandan fərqli olaraq Gürcüstanda təhlükəli İran armaturları ilə bağlı ciddi narahatlıqlar var. Bu ölkənin sınaq və layihələndirmə Mərkəzinin rəhbəri Arçil Kubaneyşvili 2018-ci ilin sentyabr ayında commersant.ge portalına müsahibəsində deyib ki, İran armaturları fərqlidir.

“Keyfiyyəti pis olanı da var, yaxşı olanı da. Lakin ümumiyyətlə götürəndə İran istehsalçıları texnoloji normalara kifayət qədər əməl etmir. Gürcüstanda nəyə görə İran armaturunu alırlar? Çünki ucuzdur. Lakin ucuz armatur alırsansa gərək onun keyfiyyət standartlarına nə dərəcədə uyğun olduğunu diqqətlə yoxlayasan, əks halda belə armaturdan istifadə çox təhlükəli olacaq. Müxtəlif parametrlər üzrə yoxlama aparmaq lazımdır-geometrik, fiziki-mexaniki, habelə davamlılıq. Əgər armatur bu parametrlər üzrə keyfiyyət standartlarına cavab vermirsə onu ölkəyə buraxmaq olmaz”-Arçil Kubaneyşvili deyib.

◀▶
Onun fikrincə, dövlət İran armaturuna qarşı gömrük baryeri yaratmalıdır. Üstəlik söhbət aşağı keyfiyyətli armaturdan gedirsə bu İran armaturuna qarşı sərt qərarın qəbul edilməsi üçün əlavə tutarlı arqumentdir.

A.Kubaneyşvili bildirib ki, hökmən tikinti şirkətlərini yoxlamaq və onların istifadə etdiyi armaturun nə dərəcədə keyfiyyətli olduğunu dəqiqləşdirmək lazımdır. “Şirkətlər tikinti materiallarını alarkən təkcə qiymət barədə deyil, keyfiyyət barədə də düşünməlidir, onlar labarator yoxlamalardan keçməmiş tikinti materiallarını almamalıdır”-Kubaneyşvili deyib.

Bəs Azərbaycanda “Şərurlu İsfəndiyar” və qarşısında ancaq sürətlə varlanmaz vəzifəsi qoymuş digər onun kimi tikinti baronlarının İrandan daşıyıb gətirdikləri, yaxud yerli kustar sexlərdən aldıqları armaturları axırıncı dəfə nə vaxt laboratoriyada yoxlayıblar? Labaratoriya bir yana qalsın, heç olmasa yuxarıda təqdim etdiyimiz ərəb kimi bu armaturları beton bloka vurub yoxlayan olubmu?

virtualaz.org onu da araşdırıb ki, Bakıda tikinti şirkətləri inşa etdikləri binaların ekspertizadan keçməsi üçün sənədləri Fövqəladə Hallar Nazirliyinə təqdim edəndə "Baku Steel Company" şirkətinin istehsalı olan armaturlardan istifadə olunduğuna dair yarlıqları təqdim verirlər.

"Həmin yarlıqlar ayrı-ayrı vaxtlarda "Baku Steel Company" şirkətindən alınan armaturlardan yığılır və İran armaturlarından, yaxud yerli kustar sexlərin mallarından istifadə edənlər tərəfindən FHN təqdim olunur. Çünki FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi İran armaturlarının keyfiyyət standartlarını qəbul etmir və belə armaturlardan istifadə olunan binalara dair dövlət aktı vermir"-mənbəmiz bildirib./virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İrana müalicəyə gedən azərbaycanlılara pis xəbər

    İrana müalicəyə gedən azərbaycanlılara pis xəbər ...

    13-10-2014, 16:07

  • 
  • İran Suriyaya 4 min əsgər göndərir

    İran Suriyaya 4 min əsgər göndərir ...

    16-06-2013, 23:58

  • 
  • Azərbaycan Prezidentinin İrana səfəri yerli mətbuatda geniş işıqlandırılıb

    Azərbaycan Prezidentinin İrana səfəri yerli ...

    24-02-2016, 12:53

  • 
  • İrandan Azərbaycana dəmir yolu çəkiləcək (VİDEO)

    İrandan Azərbaycana dəmir yolu çəkiləcək (VİDEO) ...

    13-10-2015, 22:01

  • 
  • İran Prezidenti: “Biz ABŞ-ın yeni sanksiyalarından qorxmuruq”

    İran Prezidenti: “Biz ABŞ-ın yeni ...

    31-10-2018, 15:05


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
cassino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu