GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycanın ilk rəsmi Ünvan Portalı ictimaiyyətə təqdim olunub

Azərbaycanın ilk rəsmi Ünvan Portalı ictimaiyyətə təqdim olunub

Tarix: 6-12-2018, 12:38 Bölmə :Cəmiyyət Baxış: 613
Azərbaycanın ilk rəsmi Ünvan Portalı ictimaiyyətə təqdim olunub


Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Azərbaycanın ilk rəsmi Ünvan Portalını (www.unvanportali.az) ictimaiyyətə təqdim edib.

Gundemxeber.az “Report”a istinadla xəbər verir ki, təqdimat dövlət qurumlarının, ictimai təşkilatların, naviqasiya şirkətlərinin nümayəndələrinin, əmlak və nəqliyyat ekspertlərinin iştirakı ilə baş tutub.
Komitənin aparat rəhbəri Azər Bəşirov bildirib ki, ölkədə müasir Ünvan Reyestri İnformasiya Sistemi (ÜRİS) qurulub. Bu istiqamətdə inkişaf etmiş ölkələrin təcrübələri nəzərdən keçirilib, ən optimal varianta əsasən yeni yanaşmalar tətbiq edilib. Yeni ünvanvermə qaydalarına əsasən, “giriş ünvanı konsepsiyası”ndan istifadə olunur. Ünvanlar binalara yox, binanın hər bir girişinə ayrıca verilir. Bu beynəlxalq standarta cavab verməklə yanaşı, ünvan axtarışına sərf olunan vaxtı minimuma endirir.
İnsanların sosial-məişət həyatının rahatlığına hədəflənən yeni ünvanvermə qaydaları poçt, təcili tibbi yardım, fövqəladə hallar və digər xidmətlərin fəaliyyəti zamanı operativliyi təmin edir.
Komitə və yerli icra hakimiyyətləri ilə birgə aparılan işlər nəticəsində respublikanın şəhər və rayon mərkəzlərində 7 244 küçə və prospektə, kənd yaşayış məntəqələri üzrə 19 minə yaxın nəqliyyat infrastrukturu obyektlərinə (NİO) yeni adlar verilib və yeni yaradılmış ÜRİS-nə daxil edilib. Hazırda ÜRİS-də respublikanın şəhər, rayon mərkəzləri və qəsəbələri olmaqla ümumilikdə 16 155 adlı NİO və onlar üzrə 834 min ədədə yaxın giriş ünvanı, 420 minə yaxın daxili ünvan məlumatları toplanıb.
Artıq elektron idarəçilik müstəvisinə keçən Ünvan Reyestrinin məlumat bazası digər dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya edir. Ünvan Portalının istifadəyə verilməsi də bu sahədə mühüm innovativ addımlardandır. Portal ünvanla bağlı bütün məlumatları bir yerdə cəmləşdirən vahid platformadır. Sayt Ünvan Reyestri İnformasiya Sisteminin məlumat bazası əsasında yaradılıb, yeni və köhnə ünvanlar bu məkanda yerləşdirilib. Vətəndaşlar, dövlət qurumları və hüquqi şəxslər ünvanlarla bağlı rəqəmsal şəkildə toplanmış məlumatları rəsmi, fasiləsiz və çevik qaydada Portaldan əldə edə bilirlər.
Bu informasiya resursu Avropada Ünvan Məlumatları İnfrastrukturu (EUARDİN) prinsipləri əsasında hazırlanıb. Ünvan Portalı Milli Məkan Məlumatları İnfrastrukturunun açar veb servislərindən biridir və Milli Məkan Məlumatları İnfrastrukturunun qurulmasına xidmət edir. Portalın istifadəyə verilməsi prosesində dövlət qurumları, ictimai təşkilatlar və mütəxəssislərlə birlikdə müzakirələr aparılıb. Gələcəkdə də saytın daha da təkmilləşdirilməsi ilə bağlı yeni ideya və fikirlər dəyərləndiriləcək.
Daha sonra Ünvan Portalının funksionallığı real rejimdə təqdim olunub. Qeyd edilib ki, istifadəçi portala daxil olaraq öncə ünvanın yerləşdiyi rayonu seçir. Daha sonra rayon daxili qəsəbəni, küçəni, obyektin növünü daxil edərək axtarış bölməsinə seçilir. Ekranda həmin ünvanın virtual olaraq koordinatları əks olunur. “Seçimlər” bölməsinə daxil olmaqla obyektin giriş ünvanı, yerləşdiyi küçə, sərhədləri, parselləri istifadəçiyə bəlli olur. Həmçinin bu bölmədən onlar obyektin yaxınlığında yerləşən yaşayış zolaqlarını, su kanalları, magistral yolları, dəmir yollarını müəyyən edə bilirlər. Eyni zamanda axtarışa verildikdə ictimai obyektlər də avtomatik olaraq əks olunur.
Əgər obyektin yerləşdiyi ünvanın adı istifadəçi üçün yenidirsə, o köhnə ünvana görə də axtarış edə bilir. Bundan başqa istifadəçilər obyekti ünvanla yanaşı koordinata görə də axtarmaq imkanına malikdir. Bu zaman onlar uzunluq və en dairəsini qeyd edirlər. Həmçinin vətəndaşlar olduğu yerdən gedəcəyi ünvana qədər olan məsafəni də müəyyən edə bilirlər.
Əsas pəncərənin yuxarısında yerləşmiş “Məlumat” düyməsi vasitəsi ilə istifadəçi onu maraqlandıran müxtəlif suallara cavab tapa bilər və telefon vasitəsilə operatorla birbaşa əlaqə yarada bilər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Mərkəzinin açılışında iştirak edib

    Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət ...

    5-12-2015, 13:16

  • 
  • Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Bakı İcra Hakimiyyətinin icazəsi ilə tikilmiş istixananı sökəcəyi ilə hədələyir

    Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Bakı İcra ...

    30-07-2017, 21:35

  • 
  • Kərəm Həsənov kəsib doğramağa başladı

    Kərəm Həsənov kəsib doğramağa başladı ...

    16-01-2013, 10:27

  • 
  • MTN vətəndaşlara müraciət etdi

    MTN vətəndaşlara müraciət etdi ...

    18-04-2014, 10:17

  • 
  • “Kupça”ların verilməsində yeni qayda

    “Kupça”ların verilməsində yeni qayda ...

    13-07-2015, 18:11


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (84)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
https://betboom.com
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu