GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Arvadının saçını qırxan kişi danışdı - “Onun yad kişilərlə yataqda çəkilmiş videoları var”

Arvadının saçını qırxan kişi danışdı - “Onun yad kişilərlə yataqda çəkilmiş videoları var”

Tarix: 6-12-2018, 13:12 Bölmə :Cəmiyyət Baxış: 585
Arvadının saçını qırxan kişi danışdı - “Onun yad kişilərlə yataqda çəkilmiş videoları var”


Bir neçə gündür cəmiyyətdə ərinə xəyanət etdiyi üçün saçı qırxılan qadınla bağlı xəbərlər dolaşır. Demək olar ki, bütün tərəflər sıra ilə danışıblar – saçı qırxılan qadın, onun bacısı, qadının qayınanası. Musavat.com-un əməkdaşı xəyanətə uğradığını iddia edən və bu səbəbdən də həyat yoldaşını bu formada cəzalandıran ərlə - Elnur Həsənovla danışıb. E.Həsənov bizimlə söhbətində baş vermiş hadisə və onun pərdəarxası ilə bağlı öz iddialarını söyləyib. Müsahibimiz öncə olayın baş vermə hekayəsini danışıb:

-Bizim bu insanla rəsmi nikahımız olub, evli olmuşuq. Amma mən bunun xəyanətini tutdum. Gətirdim bura. Telefonunda tutdum ki, neçə adamla yazışıb, videosunu çəkib. Yataqda çəkilən videolar var, bunun hamısını mən görmüşəm. Nə etməliydim? Razılaşmalıydım? Yalandan deyir ki, guya mən onu döymüşəm. Döyən-zad olmayıb onu.

-Videoda görünür axı. Gözünün altı göydür... Fotoları var, bu gün biz də yaymışıq. Hər tərəfi göyərmiş, yaralı...

-Yalandır. Montajdır. Fotoşopdu hamısı. Necə ola bilər ki, mən bunu bu formada döyüm, amma 3 ay sonra üzə çıxsın bütün bunlar? Bu işgəncə söhbətini özləri düzüb-qoşublar, yalandır hamısı. Mən hər ay bunun pulunu, bazarlığını göndərirdim, özüm də aylarla gedib yanında qalırdım, ailəmə, qızıma baxırdım. Onun başını qırxmışam. Yaxşı eləmişəm. Xəyanətin cavabı elə olmalıdır. Mən xəyanəti qəbul edə bilmərəm. Həmişə demişəm, kasıb olsun, çirkin olsun, amma namuslu-əxlaqlı olsun. Onun anası bu haqq-hesab ortaya çıxanda Kislovodskiyə gəldi. Bütün səs yazılarını, videoları ona göstərdik, şəkillərə baxdı. Öz anası qızını döydü. Aparıb insan kimi onları yola saldım ki, çıxıb getsinlər Mingəçevirə. Anası qayıdıb mənə dedi ki, bunu öldür, sənin namusunu çirkləndirib. Dedim, mən insanam, qatil deyiləm. Mənim balam var, o balama görə də yaşayıram. Başını da niyə qırxdım, bilirsizmi? Gəzdiyi oğlanlarla videoları var. Onlarla birgə mənim atamı, anamı lağa qoyurmuş, öz aləmində guya biabır eləyirmiş sözləriylə. Onun da cavabını belə vermişəm. Demişəm, mənim atama-anama lağ eləyəni, mənə xəyanət edəni mən də belə biabır edərəm. Amma mən onu döyməmişəm, qadanız alım. Onu özləri ediblər. Düzüb-qoşublar ki, gələcəkdə özlərini haqlı çıxarsınlar.

-Siz o şəkilləri görmüsüz? Heç bir insan övladı özünə o cür işgəncə verdirərmi? Bıçaq, yanıq izləri, qançır olunmuş bədən... Bunu özü-özünə edə bilməz axı.

-Xanım, bir balam var, onun canına and içirəm ki, mən ona heç nə etməmişəm. Özləri düzüb-qoşublar. O şəkil fotoşopdu. Özlərini təmizə çıxarmaqdan ötrü bunu edir. Bu qadın dörd dənə gömrükdən keçib. Nə əcəb polis soruşmayıb ki, sənin üzün niyə bu gündədir? Bunun günahı o qədər böyükdü ki, bu formada aranı qatmaq istəyir. Mən bunu bizim yatağımızda başqa bir oğlanla yazışan yerdə tutmuşam. Telefonu əlindən almışam. Görmüşəm oğlan sonra buna yenə şəkil göndərib və yazıb ki, “həyatım, niyə setə girmirsən ki, danışaq?” Orda eləməyi bəs deyil, gəlib burda, yanımda da mənə xəyanət edir. Oğlana yazır ki, mən sərhədi keçəcəm anamla, ondan sonra piyada keçidini əl-ələ verib keçərik. Oğlana yazır e... Onun hamısını balaca bacısı bilirdi ilk gündən. Kimlərlə görüşüb, bacısı da bilirdi. Ona görə indi elə müsahibələr verir.

-Amma qarşı tərəf deyir ki, telefonda köhnədən bir nəfərin qalan fotosuna görə bu qalmaqal baş verib. Xalası oğlunun şəklinə görə dava düşüb?

-Yalan deyir. Mən onun bütün qohumlarını tanıyıram. Xalası oğlunu da. O deyil, başqa adamdı. Özü də bir adam deyil, bir neçə nəfərdir.

-Çox adam da belə fikir bildirir ki, gənc xanımını Bakıda təkbaşına qoyub getmək, aylarla onu axtarmamaq doğru addım deyildi. Bu halda xəyanətin olması da mümkün idi.

-Yalandır. Aylarla gəlib bunun yanında qalırdım. Bu da mənim yanıma gəlirdi.

-Niyə bir yerdə yaşamırdız?

-Ay bacım, bunlar hamısı bəhanədir. İllərlə Rusiyada yaşayan oğlanlar var, ailələri də Azərbaycanda. Belə çıxır ki, arvadları onlara xəyanət eləməlidi? Yalandan özünü təmizə çıxarmaq üçün söz-söhbət lazım deyil e. Aylarla yanında qalırdım, bayramlarda ailəmlə olurdum. İşləyirdim də burda. Kef sürmürdüm ki... Özü də mən onları yanıma gətirəcəkdim. Özünə də demişdim, qoy deportun qurtarsın, səni götürüb gələcəm bura. Quran haqqı deyirəm sizə.

-Deport edilmişdi eks yoldaşınız?

-Bəli, deport olunmuşdu. Özüm apardım gömrüyə qədər, yola saldım Mingəçevirə. Evə qayıdanda yolda o qədər ağladım ki, bunları niyə deport ediblər. Bax o Allah haqqı deyirəm sizə. Mən nə biləydim ki, buna “stop” qoyublar? Gəldim gətirəm, məlum oldu ki, qadağası var. Camaat illərlə arvadını burda qoyub, çörək dalınca Rusiyaya gedir. Gərək onda hamı xəyanət etsin? Qadın özünə görə namusunu saxlamalıdır, ərinə görə yox. Əgər ona bircə dəfə xəyanət etmişəmsə, Allah mənə qənim olsun. Mən öz alın tərimlə pulumu qazanan insanam. Ancaq ailəmi düşünmüşəm. Gəlin soruşun Kislovodskidə insanlardan, görün mən nətər insanam. Narkoman deyiləm, əclaf deyiləm, mərdimazar deyiləm. Xəyanəti qəbul etmirəm. Bütün normal kişilər kimi, mən də sevmirəm belə şeyi. O xəyanət etdiyi oğlanların yanında anamı-atamı alçaldır. Videosunu da çəkib e bunun, xanım. Videoda sübut var. Sən kimsən ki, həm mənə xəyanət edirsən, həm də mənim valideynlərimi alçaldırsan alçaq adamların yanında? Dayısı da bunu bilir.

-Keçmiş həyat yoldaşınız iddia edir ki, siz uşağı qaçırmısız. İndi də o, uşağı qaytarmaq üçün məhkəməyə müraciət edir. Necə qaçırmısız onu?

-Bu insan orda olanda mən ona üçlü etibarnamə vermişəm. Demişəm ki, deport müddətin qurtaran kimi sən mənim ata-anama qoşulub, gələrsən. Uşağı da gətirərsən. Mən necə uşaq oğurlamışam ki, 3-4 dənə sərhəd keçid məntəqəsindən keçmişəm? Gedib hamısını yoxlaya da bilərsiz. Uşağı oğurlamamışam. Atam-anam gətirib onu. Onlar yolda gələndə bu qız o sevgilisi ilə telefonla danışa-danışa gəlirmiş. Gədə də bunun arxasınca gəlirmiş.

-Sizin sentyabrda çəkdiyiniz və indi yayılan bu video barədə bir neçə versiya var. Qardaşınız və ananız iddia edir ki, videonu sizin tərəf yaymayıb. Qız tərəfi iddia edir ki, videonu sizin tərəf yayıb. Bu videonu kim yayıb?

-Mən də partlayıram indi hirsimdən. Kim onu yayıb, tutulsun. Əgər mən və ya bizimkilərdən kimsə bunu edibsə, qoy tutulsun. Bizimkilər bunu etməyib. Onu özününkülər edib. Videonu kim yayıbsa, onu araşdırıb tapsınlar. Mən də bu videonun yayıldığını görəndə havalandım.

-O zaman haqlı sual çıxır ortaya ki, bəs siz videonun əvvəlində niyə deyirsiz ki, “mən bu videonu instaqramda yayacam”? Hansı səbəbdən onu çəkirdiz? Məqsəd nə idi?

-Mən onu çəkmişəm, düz deyirsiz, amma onu dayısına yollamışam. Demişəm ki, gəlin qızınızı aparın. Gəlib aparmırdılar çünki. Amma mən o videonu çəkəndən sonra silmişəm. Öz tərəfindən kimsə yayıb onu. Mən indi əsəbdən ölürəm. Niyə bu video yayılsın axı? O söz də ağzımdan elə-belə çıxıb ki, instaqramda yayacam. Hirsli olmuşam, ay bacım. Əsəbi olmuşam. Amma onu mən yaymamışam, o Quran haqqı.

Qeyd: Sözügedən video



-Uşaq indi sizin yanınızdadırmı? Ailəsinin iddiasına görə, “siz o uşağı qaçırmısız və anasına da vermirsiz. Hətta anası uşağının həsrətindən bir dəfə intihara da cəhd edib”. Bunlardan xəbəriniz varmı?

-Necə olur ki, bu adam 3 aydır uşağını axtarmırdı, birdən maraqlandı? İndi intihar edir? Özləri yayır hamısını. Uşaq məndədi, ona xan kimi baxıram. Uşaq da anası ilə maraqlanmır. Uşaq hər şeyi bilir, gördüyünü görüb e o anadan. Gözünün qabağında nələr olub o uşağın. Uşağı evdə qoyub, oğlanlarla gəzməyə gedirmiş. Mən ona uşaq verməyəcəm. Əxlaqsız qadına uşaq düşmür. Xəyanət edən qadını qəbul etmirəm. Uşağı da özüm böyüdəcəm. Uşağını düşünən qadın belə hərəkət etməməliydi. Onun hərəkətlərini mənə uşaq danışıb, xəbəriniz varmı? O qadın artıq mənim üçün ölüdür.

-Qarşı tərəf sizdən polisə şikayət edib. Həbs olunma ehtimalınızdan narahatsız?

-Məni niyə həbs edirlər? Mənə xəyanət olunub e. Xəyanət edən qadını qanunlar müdafiə edir bəyəm? Adam öldürmüşəm, cinayət etmişəm bəlkə? Foto-video faktlar var e, ortada. Oğlanla haralarda gəzib, yataqda şəkilləri, videosu var. Bunu mən çəkməmişəm, özü çəkib. Polis demir ki, bu oğlan kimdir? Onu da çıxarsınlar ortaya, onu cəzalandırsınlar. Mən Rusiya vətəndaşıyam, versinlər məhkəməyə. Görək uşaq kimə düşəcək? Heç buranın qanunları da uşağı xəyanət edən anaya vermir. Qoy versinlər məhkəməyə, görək nə olacaq.

-Qarşi tərəfin iddialarında o da var ki, siz orda bir rusiyalı qadınla vətəndaş nikahında yaşamısız. Hətta buna görə keçmiş xanımınız da sizinlə bir neçə dəfə boşanmaq istəyib, amma siz razı olmamısız.

-Yalandır! Gəlib burda maraqlana da bilərsiz. Boş söhbətdir. Mən hər zaman ailəmin yanında olmuşam. Bunu da təzə çıxarıblar?
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xəyanətə görə saçı qırxılan qadınla bağlı heyrətamiz məlumatlar - VİDEO

    Xəyanətə görə saçı qırxılan qadınla bağlı ...

    3-12-2018, 13:00

  • 
  • Saçı qırxılan qadına verilən işgəncə izlərinin görüntüləri yayıldı (Fotolar)

    Saçı qırxılan qadına verilən işgəncə izlərinin ...

    5-12-2018, 16:39

  • 
  • Qayınanası başı qırxılan gəlinin xəyanət GÖRÜNTÜLƏRİNİ YAYDI - ŞOK VİDEO

    Qayınanası başı qırxılan gəlinin xəyanət ...

    5-12-2018, 13:34

  • 
  • "Ərimlə bacımı yataqda tutdum, güldülər"

    "Ərimlə bacımı yataqda tutdum, güldülər" ...

    17-03-2016, 12:18

  • 
  • Xəyanət edən qadınlar özlərini necə aparır? Aldadan qadının evdə, internetdə və yataqda davranışları

    Xəyanət edən qadınlar özlərini necə aparır? ...

    10-05-2017, 23:37


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (84)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
https://betboom.com
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu