Bu gün xarici işlər nazirinin müavini vəzifəsindən azad edilən Xələf Xələfov Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsinə təyin edilib.
Gundemxeber.az bildirir ki, bu barədə Nazirlər kabinetinin saytı məlumat yayıb.
Məlumata görə, Azərbaycanın Baş naziri Novruz Məmmədov bununla bağlı müvafiq sərəncam imzalayıb.
* * *19:00
Prezident İlham Əliyev Xələf Xələfovun Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Xələf Alı oğlu Xələfov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilsin.
Xatırladaq ki, X.Xələfov 1997-ci ildən xarici işlər nazirinin müavini vəzifəsini tuturdu, o həmçinin Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi idi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?