GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Restoranlarda insanlara ən təhlükəli qidalar təklif olunur” - Həyəcan təbili

“Restoranlarda insanlara ən təhlükəli qidalar təklif olunur” - Həyəcan təbili

Tarix: 17-12-2018, 12:31 Bölmə :Cəmiyyət Baxış: 406
“Restoranlarda insanlara ən təhlükəli qidalar təklif olunur” - Həyəcan təbili


Son zamanlar paytaxt ərazisində restoranların fəaliyyətinə ciddi nəzarət var. Xüsusilə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi restoranların havanı çirkləndirməyinə qarşı sərt mübarizə apararaq, lazımi nəticələrə gəlməkdədir.

Ölkə başçısının sərəncamı ilə Ekologiya və Sərvətlər Nazirliyi məhkəməyə müraciət etmədən, havanı çirkləndirən, müvafiq təmizləyici qurğu quraşdırmayan restoran sahiblərini cərimələyə bilər. Bu xüsusda müəyyən addımlar da atılıb. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı, Sumqayıt, Gəncə və Abşeron yarmadasında müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, havanı çirkləndirən 292 iaşə obyektlərindən atmosferə atılan tullantılarla bağlı monitorinqlər aparılıb. Bu barədə məlumatı nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, ETSN tərəfindən verilən vaxtdan bu günə qədər 223 iaşə obyektində müasir standartlara cavab verən qurğu quraşdırılıb. İki restoran məhkəmənin qərarı ilə bağlanıb. Onlar “Özkardeşlər” və “Qızıl balıq” adlı iaşə obyektləridir". İ.İbrahimova qeyd edib ki, məhkəmə tərəfindən 17 restoranın bağlanması istiqamətində işlər görülür.

Bəzi restoranların təkcə havanı deyil, insanları da zəhərləməsi ilə bağlı indiyə qədər yetərincə məlumat yayılıb. Söhbət mənşəyi məlum olmayan ətlərdən gedir ki, əksər hallarda bu ətlərin son duracağı restoran mətbəxləri olur.

Əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması, insanların sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyəti qurumlarla birgə tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən mələsə ilə bağlı bildirilib ki, növbəti belə tədbir dekabrın 13-də Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Ağcabədi rayonu ərazisində keçirilib.

Rayonun Avşar kənd sakini Məzahir Rüstəmova məxsus həyətyanı sahəyə baxış zamanı oradan mənşəyi məlum olmayan və natəmiz vəziyyətdə saxlanılan 170 kiloqram ət aşkarlanıb. Ətdən götürülmüş nümunələr ekspertiza keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

“Yeni Müsavat”a danışan ekspert Eyyub Hüseynov bildirdi ki, əslində restoranlarla bağlı ciddi tədbirlər görmək lazımdır. Ekspertin fikrincə, bu işlərin hamısı Daxili İşlər Nazirliyinə həvalə edilməlidir: “Əhali məndən hər dəfə soruşur ki, nə üçün aşkar edilən leş ətlərin sifarişçisi tapılmır. Yəni məlumdur ki, bir şeyin tələbi olmasa, təklifi də meydana çıxmaz. Kimdir bunu tələb edənlər? Mənə elə gəlir ki, bu məsələlərdə Daxili İşlər Nazirliyinə maneə olanlar var. Deyim ki, bu sahədə ən uğurlu iş Daxili İşlər Nazirliyi tərəfindən aparılır. Digər dövlət orqanları deyirlər ki, hər əti satmaq olar. Yəni sən at, eşşək, it əti də sata bilərsən. Yalnız bu şərtlə ki, həmin məhsulun üzərinə yazasan ki, nə ətidir. Bu mövqe ilə qəti şəkildə razı deyiləm. Yalnız Daxili İşlər Nazirliyi belə şeyləri ifşa edən zaman, onu ekspertizaya göndərir, hüquqi addımlar atır. Yəni bu qurumun mövqeyi digərləri kimi deyil. Ona görə də nazirliyə məsələ ilə bağlı məncə təzyiq edənlər var. Hər zaman təklif etmişəm ki, məsələ birbaşa olaraq Daxili İşlər Nazirliyinə həvalə edilsin. Bəli, restoranlarda problemlər yaşanır. Bu, heç kimə sirr deyil”.

Ekspert bildirib ki, istehlakçı olaraq özüm-özümüzü aldadırıq: “Bütün dünya istehlakçıları özlərini aldadır. Bunu Beynəlxalq İstehlakçılar Təşkilatının Azərbaycan nümayəndəsi olaraq deyirəm. Kim bizim ömrümüzün uzunluğu barəsində düşünür? Hansı ölkə istəyər ki, onun vətəndaşlarının 50 faizinin ömrü uzun olsun və onlara pensiya ödənilsin. Bunu, heç bir ölkədə istəmir. İstehlakçıları aldatmaq üçün dünyada işlər gedir. Guya həkimlər, dövlətlər dünyada insanların ömrünü uzatmaq üçün işlər aparırlar. Əslində isə bu, belə deyil. Problem Azərbaycandan da yan keçməyib. Məsələ kapitalizmin nəticəsidir. Bəli, restoranlarda insanlara ən təhlükəli məhsullar təklif olunur. Şadlıq evlərində iş başlayan zaman isə dövlət məmuru evinə yatmağa gedir. Ona görə də nəzarət zəifdir. Ölkə başçısı da dəfələrlə bildirib ki, həyatın bütün sahələrində ictimai nəzarət lazımdır - o cümlədən bu sahədə. Nə qədər ki, ictimaiyyətlə iş aparılmır, bu problem var, olaraq qalacaq. Restoranlarda tüstü ilə yanaşı, bu məsələ də qabardılmalıdır. Çünki əsas məsələ elə budur”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirlik Sumqayıtda 19 şadlıq evini cərimələdi

    Nazirlik Sumqayıtda 19 şadlıq evini cərimələdi ...

    5-12-2018, 12:43

  • 
  • Nazirlik restoranlarla bağlı məhkəməyə müraciət edir - SİYAHI

    Nazirlik restoranlarla bağlı məhkəməyə müraciət ...

    26-10-2018, 20:32

  • 
  • Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib - VİDEO

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava ...

    6-11-2015, 18:01

  • 
  • Nazirlik 15 şadlıq sarayını cərimələdi

    Nazirlik 15 şadlıq sarayını cərimələdi ...

    4-12-2018, 22:01

  • 
  • Qoruğun ərazisində narkotik aşkarlandı

    Qoruğun ərazisində narkotik aşkarlandı ...

    5-07-2016, 20:18


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu