GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Qanunsuz ov edənlərə qarşı sərt cəzalar

Qanunsuz ov edənlərə qarşı sərt cəzalar

Tarix: 18-12-2018, 11:45 Bölmə :Cəmiyyət Baxış: 367
Qanunsuz ov edənlərə qarşı sərt cəzalar


Ovu qadağan edilən heyvanlar və tətbiq olunan cərimələr

6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Qəbələ rayonunda keçirilən reyd zamanı Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vəndam Meşəbəyliyinin 4 saylı dolayında atəş səsləri eşidilib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Xəbərdə qeyd edilir ki, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin dolaya yaxınlaşan əməkdaşları bir baş dişi maralın vurulduğunu qeydə alıblar. Brakonyerlərin şəxsiyyətlərinin müəyyən edilərək, məsuliyyətə cəlb olunmaları üçün Qəbələ Rayon Polis Şöbəsinə müraciət edilib.

Adı Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşən maralı ovlayan şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində təhqiqat aparılır.

Azərbaycanda hazırda ov mövsümüdür. Bu baxımdan müəyyən olunmuş yerlərdə, ovçuluq üçün icazəsi olan şəxslər, icazə verilmiş heyvanları vura bilərlər. Cümlənin mürəkkəbliyindən də göründüyü kimi, ölkə ərazisində ov etmək asan məsələ deyil. İnsanlar bəzən bilərəkdən, bəzən də məlumatsızlıqdan ovlanması qadağan edilmiş heyvanları, quşları vurub cərimələnə bilərlər. Bu səbəbdən də “Yeni Müsavat” təkrarən ov mövsümü mövzusuna toxunub, ovlanması qadağan edilən heyvanların siyahısını təqdim edir.

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayaraq bildirib ki, bu mövsümdə çöl donuzu (qaban), dovşan, cüllüt, qaz, ördək və qaşqaldaq ovuna icazə verilib. Ov yerlərinə gəlincə isə Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Qusar, Xaçmaz, Neftçala, Yardımlı, Şəki və İsmayıllı rayonlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında ovlanmaya icazə var.

Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy, Tərtər və digər sərhədyanı və ya cəbhə zonasına yaxın inzibati rayonların ərazilərində, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilində və sanitariya-mühafizə zonalarında ov qadağan edilib.



Azərbaycanda canavar, maral, ceyran, şahinkimilər, bəzgək, dovdaq və digər nadir quş növlərinin ovlanması qadağandır. Bunları ovlayanları konkret cərimələr gözləyir. Belə ki, vəhşi heyvanların qanunsuz ovlanması üçün ödəmələrin miqdarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 176 nömrəli qərarı ilə təsdiq edilmiş “Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr”ə əsasən tənzimlənir. Cəzalara gəlincə isə bir baş şahin quşu üçün 1100 manat, bir baş bəzgək üçün 330 və dovdaq üçün isə 550 manat cərimə müəyyən edilib. Eyni zamanda dövlət təbiət qoruqlarının ərazilərində və milli parkların xüsusi mühafizəsinin hüquqi rejimi tətbiq edilən zonalarında Azərbaycan Respublikasının “Qırmızı kitab”ına və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı siyahı”sına düşmüş vəhşi heyvan növləri qanunsuz olaraq məhv və ya əldə edilərsə, təbiətə dəymiş ziyana görə ödəmələr hər bir növ üçün vəhşi heyvan növü üzrə təyin olunmuş məbləğ üçqat ölçüdə, yəni şahin quşu üçün 3300 manat, bir baş bəzgək üçün 990 və dovdaq üçün isə 1650 manat məbləğində hesablanır.

Məsələ ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsində də müvafiq maddələr var. Belə ki, Cinayət Məcəlləsinin 258-ci maddəsinə əsasən, lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan edilmiş vaxtda, qadağan edilmiş alət və üsullarla ov etmə xeyli miqdarda (400 manatdan 1000 manatadək) ziyan vurduqda iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz iyirmi saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.

Eyni əməllər külli miqdarda (1000 manatdan artıq olan məbləğ) ziyan vurulmaqla, partlayıcı maddələrdən və ya quşların və heyvanların kütləvi məhvinə səbəb olan başqa üsullardan istifadə etməklə, ovlanması tamamilə qadağan edilmiş quşlara və heyvanlara qarşı qoruqların ərazisində törədildikdə isə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qəbələ meşələrində yanğın 80% lokallaşdırılıb - YENİLƏNİB

    Qəbələ meşələrində yanğın 80% lokallaşdırılıb - ...

    2-09-2017, 15:30

  • 
  • Şabranda şahin quşunu ovlayan İraq və Azərbaycan vətəndaşları saxlanılıb

    Şabranda şahin quşunu ovlayan İraq və Azərbaycan ...

    27-09-2018, 11:38

  • 
  • Şabranda Şahin quşunu ovlayan 3 nəfər saxlanıldı - Əcnəbi cərimələndi, yerli adamlar ahqda isə...

    Şabranda Şahin quşunu ovlayan 3 nəfər saxlanıldı ...

    27-09-2018, 12:46

  • 
  • Astarada ağac qətliamı

    Astarada ağac qətliamı ...

    10-09-2018, 11:34

  • 
  • Cəlilabadda güclü meşə yanğını

    Cəlilabadda güclü meşə yanğını ...

    30-07-2015, 23:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu