Dekabrın 18-də Dağlıq Qarabağ münaqişəsi zamanı həlak olmuş insanların bir qrup vərəsəsi Şəhidlər Xiyabanında "sus" aksiyası keçirib. Aksiya iştirakçıları ağızlarına üzərinə "sus" sözü yazılmış qara maska taxıb.
Qarabağ münaqişəsi zamanı döyüşlərdə həlak olan hərbi qulluqçuların yaxınları aksiyalarını dekabrın 11-də Prezident Administrasiyasının binası önünə toplaşarkən 30 sutka inzibati həbsə (Apelyasiya Məhkməsi həbs müddətini 15 günə endirib) məhkum edilmiş Toğrul Qocayevin həbsinə etiraz olaraq keçirdiklərini bildirib. Onlar Qocayevin həbsdən azad olunması tələb edib.
Şəhidlər Xiyabanını ziyarət edən vərəsələr vurğulayıblar ki, T.Qocayev əsasız yerə həbs edilib.
Qarabağ münaqişəsi zamanı 1994-cü ilin mayında imzalanmış atəşkəs razılaşmasına qədər 12 min nəfərə yaxın Azərbaycan hərbçisi həlak olub, 5 minə yaxın insan itkin düşüb. Prezident İlham Əliyev bu il aprelin 19-da 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların vərəsələrinə birdəfəlik 11 min manat ödənilməsi barədə fərman imzalayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi oktyabrın 9-dan sənədlərin qəbuluna başlayıb. Sənəd qəbulu zamanı bir çox ailələrin konpensasiyanı əvvəllər aldığı bildirilib. Bu isə narazılıqlara səbəb olub.
Artıq bir neçə aydır döyüşlərdə həlak olan hərbi qulluqçuların naraazı vərəsələri Şəhidlər Xiyabanının, Milli Məclisin və Prezident Administrasiyasının önünə toplaşaraq şikayət edir.
Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) bildirib ki, 1991-1997-ci illərdə hərbi xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların bir çox varislərinə ödənişlər daha əvvəl edilib.
"Həmin dövrdə "Hərbi qulluqçuların dövlət icbarı şəxsi sığortası haqqında" Qanuna əsasən varislərə 50000 - 200000 manat məbləğində (indiki məzənnə ilə təxminən 40 manat) sığorta ödənişi həyata keçirilib."
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isı bu günlərdə deyib ki, yalnız 100-dən çox ailənin sənədləri qaydasındadır.
"Onlara birdəfəlik ödəmənin verilməsi üçün qərar qəbul olunub", nazir bildirib.
Bununla yanaşı dövlət rəsmiləri bildirib ki, ilkin hesablamalara görə təqribən 8 min 800 ailə konpensasiya alacaq.
Qarabağ münaqişəsi zamanı 1994-cü ilin mayında imzalanmış atəşkəs razılaşmasına qədər 12 min nəfərə yaxın Azərbaycan hərbçisi həlak olub, 5 minə yaxın insan itkin düşüb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?