“Bu il ərzində Azərbaycanın gömrük orqanları 1 ton 200 kiloqrama yaxın narkotik vasitəni dövriyyədən çıxarıb və bu istiqamətdə bundan sonra da qətiyyətli addımlar atılacaq”.
Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev ABŞ-ın Ədliyyə Nazirliyi nəzdində Narkotiklərlə Mübarizə üzrə Administrasiyanın Orta Asiya üzrə regional direktoru Vilyam Varenin ilə dekabrın 19-da keçirilən görüşdə bildirib. Bakı şəhərində keçiriləcək Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransa hazırlıq iclası olub Görüşdə Azərbaycan ilə ABŞ gömrük orqanları arasında arasında münasibətlər və2019-cu ilin 16-18 aprel tarixlərində Bakı şəhərində keçiriləcək Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransla bağlı məslələr diqqət mərkəzində olub.
“Azərbaycanda gömrük sisteminin fəlsəfəsi nəzarətdən xidmətə doğru dəyişdirilib”, Mehdiyev qeyd edib.
Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans beynəlxalq əməkdaşlığın güclənməsinə, mübarizə tədbirlərinin səmərəliliyinin artırılmasına şərait yaradacaq.
Vilyam Varen Azərbaycan gömrük orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.
“Bakı şəhərində keçiriləcək Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans bu sahədə beynəlxalq əməkdaşlığın güclənməsinə, mübarizə tədbirlərinin səmərəliliyinin artırılmasına şərait yaradacaq”, o qeyd edib.
Xəbəri DGK-nın Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsi yayıb.
Dekabrın 19-da 2019-cu il aprelin 16-18 tarixlərində Bakı şəhərində keçiriləcək Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransa hazırlıqla bağlı iclas olub. ABŞ-ın Ədliyyə Nazirliyi nəzdində Narkotiklərlə Mübarizə üzrə Administrasiyanın Orta Asiya üzrə regional direktoru Vilyam Varen bu iclasda iştirak məqsədi ilə Bakıya səfər edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?