Həbsdə olan MTN generalları Sübahir Qurbanov və Teymur Quliyevin, onların əməkdaşları polkovnik Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev və Elşad Əzizovun apellyasiya şikayətləri üzrə məhkəmə prosesi davam edib.
Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə hakim məhkəmə prosesində jurnalistlərin qeydiyyat aparmasını qadağan edib.
O bildirib ki, iclasda danışılanlar yayılmamalıdır: "Hökm qüvvəyə mindikdən sonra bu işlə bağlı materiallar dərc edilə bilər".
Prosesdə həbsdə olan polkovnik Füzuli Əliyev zərərçəkənlərdən Ağaisa Mahmudov və Saleh Səmədov epizodları haqqında danışıb.
O, bildirib onlardan MTN-də pul alınması barədə verilən ittihamlar yalandır.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 14 il, Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev 12 il, MTN-in digər vəzifəli şəxsləri Füzuli Əliye 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.
Digər təqsirləndirilənlər Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova 5 il, onun idarəsinin əməkdaşı Fərhad Atayev 3 il, Elşad Əzizov 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.
Şərti cəza alan təqsirləndirilən şəxslər məhkəmə iclas zalından azadlığa buraxılıb.
Bundan başqa təqsirləndiriləndən Eşqin Əliyev və Anar Şirəliyevin cəza müddəti başa çatdığından azadlığa çıxıb. /open.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?