Nərmin Şahmarzadə psixoloq olduğu deyilən və Milli Qəhrəman Mübariz İbrahimov haqda səsləndirdiyi fikirləri ilə gündəmə gələn gənc qız məhkəməyə verilməsi ilə bağlı Musavat.com-un suallarını cavablandırıb.
Gundemxeber.az xəbər verir ki, məhkəməyə iddia ərizəsi ilə müraciət edən Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti Araz Musayev və vəkil Ramil Rüstəmov tələbə qızın qanuna uyğun cəzalandırılmasını tələb edirlər. Məhkəmənin hazırlıq iclası 25 dekabrda keçiriləcək.
N.Şahmarzadə deyib ki, ağır formada cəzalandırılacağını düşünmür, çünki heç kimi təhqir etməyib:
“O qədər axmaq deyiləm ki, kimisə təhqir edim. Sadəcə olaraq, öz fikrimi bildirmişəm”.
O, fikirlərinin arxasında nələrincə yatdığını və kimlərinsə layihəsinin icraçısı olduğunu da inkar edib.
“Ümumiyyətlə, bizim insanlar terrorun nə demək olması üzərinə düşünmürlər. Hər hansı bir fikri o qədər qloballaşdırdılar ki... Qəhrəman anlayışı fərqli bir şeydir. Ümumiyyətlə, burada Xocalı və digər məsələləri nəzərdə tutmamışam. Mən izah etmişəm: Xocalı və müharibə şəraiti tamam başqa bir şeydir”, - tələbə qız bildirib.
N.Şahmarzadə “üzrxahlıq videosu”ndan da danışıb, bildirib ki, o, mübariz İbrahimova qatil deməyib:
“Atasının verdiyi cavab, açığı, pis təsir elədi. Çünki o, yaralı insandır. Yaralı insana da bu kimi şeylər çox dəyə bilər. Ona görə də mən üzrxahlıq videosunu sırf valideynlərindən üzr istəmək üçün çəkdim”.
N.Şahmarzadə dostluğunda erməni millətindən şəxslərin olmasına bu cür reaksiya verib:
“Mən kosmopolitəm. Dostluğumda ərəb, yapon, kürd, talış, ingilis də var. İnsan insandır. Mən demişəm ki, əlində, beynində heç kəsin qanı olmayan erməni mənim düşmənim deyil”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?