Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini – "Naxçıvan" əlahiddə sərhəd diviziyasının komandiri Asəf Quliyev işdən çıxarılıb.
GundemXeber.Az bildirir ki, bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb.
General-mayor Asəf Vaqif oğlu Quliyevin yerinə təyinat da olub. Belə ki, İlham Əliyevin digər bir sərəncamı ilə Niyaməddin Məhərrəm oğlu Tağıyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini – "Naxçıvan" əlahiddə sərhəd diviziyasının komandiri təyin edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?