GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Daha bir keçmiş məmur oliqarx həbsin bir addımlığında - Razim Məmmədov istintaqa cəlb olunub

Daha bir keçmiş məmur oliqarx həbsin bir addımlığında - Razim Məmmədov istintaqa cəlb olunub

Tarix: 22-12-2018, 18:35 Bölmə :Cəmiyyət Baxış: 783
Daha bir keçmiş məmur oliqarx həbsin bir addımlığında - Razim Məmmədov istintaqa cəlb olunub


Xətai rayonunun keçmiş rəhbərinin korrupsiya əməlləri araşdırılır; onun rayon ərazisində etdiyi qanunsuzluqlar incələnir, əmlakının milliləşdirilməsi prosesi aparılır...

Xətainin sabiq icra başçısı Razim Məmmədov istintaqa cəlb olunub. Bu haqda redaksiyamıza daxil olan məlumatda deyilir ki, Razim Məmmədov əmisi oğlu, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini işləmiş Xalid Məmmədovun cinayət işinin araşdırılması zamanı toplanmış materiallarla bağlı sorğu-sual olunur. Qeyd edək ki, Xalid Məmmədov qulluq mövqeyindən sui-istifadə edərək, bir sıra qanunsuz tikililərə icazə verib, rüşvət alıb. Bu əməlinə görə ona qarşı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə istintaq aparılıb, ittiham irəli sürülüb. Amma X.Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində X.Məmmədovun cinayət işi üzrə araşdırmalar davam etdirilir. Məlumata görə, o, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib.

Razim Məmmədovla bağlı da araşdırmalar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir. Bakının ən böyük rayonlarından birinə rəhbərlik etmiş sabiq başçının tikinti maxinasiyaları istintaq obyektidir. Razim Məmmədov başçı olduğu dövrdə haqqında ən çox etiraz, tənqid yayılan məmurlardan olub. Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsindən uzaqlaşdırılandan sonra belə xəbərlər yayılmışdı ki, ən yüksək dairlərə minnətçi düşüb və həmin posta təyinat almağa çalışıb. O da məlumdur ki, R.Məmmədov Eldar Əzizovla kəskin münasibətlərdə olub. Əmisi oğlunun həbsindən sonra BŞİH-dən istintaqa Xətaidə baş verən qanunsuzluqlarla bağlı qalaq-qalaq materialların göndərilməsi də bu baxımdan təsadüfi deyil.

Razim Məmmədov Xətai Rayon İcra Hakimiyyətinin başçısı postuna gəldiyi gündən rayonda az qala hər gün ağaclar kəsilib, yaşıllıqdan təmizlənən yerlər isə kvadrat metrlə satışa çıxarılıb. Bunu sübuta yetirmək o qədər də çətin deyil. Sadəcə olaraq Xətai rayonuna baş çəkmək kifayətdir.

Bu gün də Xətai sakinləri Razim Məmmədovun əlindən dad edirlər.
Belə şikayətlərin fonunda Razim Məmmədov dəbdəbəli həyatını da gizlətməyib. Məsələn, bir neçə il əvvəl o, oğluna 300 min dollar dəyərində avtomobil almışdı. Məlum olmuşdu ki, bu dəbdəbəli maşın Almaniyadan Razim Məmmədovun övladı üçün xüsusi olaraq sifariş edilib. “Porsche Panamera” markalı bu avtomobil Bakıya 2010-cu ilin sonlarında gətirilmişdi. Həmin günlərdə Avropa bazarlarında satışa çıxarılan bu avtomobillər elə də ucuz və tez tapılan mal deyildi. 2010-cu ilin sentyabrına olan məlumata görə, indiyədək bütün dünyada cəmi 25 min belə maşın var. “Xetçbek” sinfinə aid olan bu maşınların minimal qiyməti 180 min avrodur. Eksklüziv variantları isə daha bahadır - qiymətlər 270-400 min avro arasında dəyişirdi. O dövrdə icra başçısının oğlunun cəmi 16 yaşı vardı.

Razim Məmmədovla bağlı yayılmış başqa bir informasiyada isə onun bir oturuma 5 kiloqram kabab yeməsi ilə bağlı idi. Belə ki, təxminən, 5 il öncə bununla bağlı www.musavat.com saytında oxuculara “Bir oturuma 5 kilo kabab yeyən icra başçısı kimdir?” adlı yazı yayımlanmışdı. Yazıda Razim Məmmədovu tanıyan şəxslər onun bir oturuma 5 kilo kabab sifariş edib yeməsindən danışmışdılar...

Razim Məmmədovun iştahı hər mənada geniş idi. Ona qədər başçılar rayonların ərazisində torpaqları sotla satırdılarsa, o, torpağı kvadrat metrlə, həm də 1 sotun qiymətinə satırdı. Bu “biznesi” Razim Məmmədovu böyük imkanlar sahibinə çevirmişdi. Xətai rayonunun sabiq icra başçısı ilə bağlı mətbuatda dərc olunanlar bununla bitmir. Lakin ən maraqlısı odur ki, Razim Məmmədov vətəndaşı dəlixanaya saldırmaq istəyib, uşaq bağçasının yerində restoran tikdirməyi planlaşdırıb və sairə. Qeyd edək ki, Xalid Məmmədov Xətai rayonu ərazisində tikintilərə nəzarət edib. Ona bu vəzifəni qeyri-rəsmi olaraq Razim Məmmədov tapşırıb. 2006-cı ildə vəzifəyə təyinat alandan sonra Xətai rayonunu söküb-tikən MMC-lərin qeyri-rəsmi başçı məhz Razim Məmmədov olub. Razim Məmmədov həmin MMC-ləri bacısının ərinin adına rəsmiləşdirilib. Məsələn, 2016-cı ildə Xətai rayonu, Xudu Məmmədov küçəsi 6 saylı binanın həyətində uşaq baxçası tikilib. Tikinti məhəlləni zəbt etdiyi üçün sakinlər şikayətçi olublar. Amma inşaatı dayandıra bilməmişdilər. Onların şikayətinə heç kim baxmayıb. 100 saylı Mənzil Kommunal İstismar Sahəsi də 6 saylı binada yerləşirdi. Uşaq baxçasının inşaatı ilə bağlı vurulan məlumat lövhəsində tikintinin sifarişçi və podratçısının “Samir Ağdülü” MMC olduğu qeyd olunub. Tikintinin 2017-ci ilin sentyabrında tamamlanması nəzərdə tutulsa da, bu baş verməyib. “Samir Ağdülü” Xətai rayonunda baxça tikintisi ilə yanaşı bir çox başqa tenderlərə sahiblənib.

2017-ci ildə Xətai Rayon İcra Hakimiyyətinin sifarişlərindən biri - çoxmənzilli yaşayış binalarının əsaslı təmir işlərinin də məhz həmin MMC satın alıb. Tenderin məbləği 1 milyon 941 min 500 manat olub. Həmin il MMC İcra Hakimiyyətinin Mənzil Fondunun əsaslı təmir işləri müsabiqəsindən 246 min 998 manat qazanıb.

Tender məlumatlarını incələdikdə məlum olur ki, şirkət son illərdə rayon ərazisində çoxsaylı dövlət tenderlərinə sahiblənib. Hələ 2011-ci ildə MMC İcra Hakimiyyətindən 1 milyon 990 min 780 manatlıq təmir-bərpa işlərini və 49 min 895 manatlıq isə köhnə binanın söküntü işlərini qazanıb. Bundan əlavə, 2013-cü ildə Xətai rayonu, Nobel prospekti 12 və Cavanşir küçəsi 38 ünvanlarındakı yaşayış binalarının sökülməsi üçün cəmi 596 164 manat olan iki satınalmanı da bu MMC əldə edib. Beləliklə də cəmi 4 milyon 825 min 627 manat. Ötən il mətbuat bu məsələni aradırmışdı və MMC-nin icra başçısı Razim Məmmədovun ünvanında qeydiyyatda olmasını üzə çıxarmışdı. Xətai rayonunu az qala qarış-qarış söküb-tikən “Samir Ağdülü” MMC 2 mart 2007-ci ildə təsis olunub. Hüquqi təmsilçisi Zeynal Cəmil oğlu Həsənovdur. Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 41, mənzil 63 MMC-nin hüquqi ünvanıdır. Həmin mənzildə Həsən Müzəffər oğlu Məmmədov yaşayır. Həsən Məmmədov Sumqayıtda “Azərkimya”nın zavodlarından birində işləyir, sahibkar deyil. Müəsisənin hüquqi təmsilçisi Zeynal Həsənov eyni zamanda Xətai Rayon İcra Hakimiyyətində baş mütəxəssis işləyib. Sumqayıt şəhəri, 5-ci mikrorayon, bina 34/69, mənzil 9-da qeydiyyatda olan Z.Həsənov icra başçısı Razim Məmmədovun bacısı Alidə Həsənovanın həyat yoldaşıdır.

“Samir Ağdülü” MMC-nin adı Razim Məmmədovun bacısı oğlunun adı ilə üst-üstə düşür. Samir Həsənov Zeynal Həsənovun oğludur. Belə bir aşkar korrupsiya sxemi Razim Məmmədovun 12 illik karyerasına son qoyması da şübhəsizdir. Onun vəzifədən azad edilməsindən 1 gün sonra əmisi oğlunun məhkəmə qarşısına çıxarılmasını da təsadüfi hesab etmək olmaz. Sabiq başçının korrupsiya cinayətlərinə görə istintaqa cəlb olunması onun əmlaklarının “milliləşdirilməsi”nə də yol açması iddiası var...
Mövzunu davam etdirəcəyik./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Razim Məmmədov xilas ola biləcəkmi? - Xətaidə daha kimlərin həbsi gözlənilir?

    Razim Məmmədov xilas ola biləcəkmi? - Xətaidə ...

    10-10-2018, 15:03

  • 
  • Tikinti kooperativinin rəhbərinin qanunsuz  əməlləri ifşa edilmişdir

    Tikinti kooperativinin rəhbərinin qanunsuz ...

    4-03-2015, 12:15

  • 
  • Bakıda həbs edilən keçmiş icra məmurunun məhkəməsi başlayıb

    Bakıda həbs edilən keçmiş icra məmurunun ...

    20-11-2018, 12:24

  • 
  • Bakı meriyası Razim Məmmədovu yoxlatdırır – Xətaidə qanunsuz tikililər xaosu

    Bakı meriyası Razim Məmmədovu yoxlatdırır – ...

    30-08-2018, 16:05

  • 
  • Razim Məmmədovun milyonluq villaları və yeni hoteli

    Razim Məmmədovun milyonluq villaları və yeni ...

    1-08-2014, 01:16


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (16)
Avqust 2025 (571)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu