GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Məhkəmədə Cahangir Hacıyevin yanında kimlər olacaq

Məhkəmədə Cahangir Hacıyevin yanında kimlər olacaq

Tarix: 25-12-2018, 12:59 Bölmə :Cəmiyyət Baxış: 461
Məhkəmədə Cahangir Hacıyevin yanında kimlər olacaq


Beynəlxalq Bankın keçmiş rəhbəri, 3 ildir həbsdə olan Cahangir Hacıyev yaxın vaxtlarda yenidən hakim qarşısına çıxarılacaq. Bundan öncə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 15 il azadlıqdan məhrum edilən Cahangir Hacıyev yenə də həmin məhkəmədə mühakimə olunacaq. Onun işinə hakim Faiq Qəniyevin sədrliyi ilə baxılacaq. Bu barədə AzadlıqRadiosuna məhkəmədən bildirilib.

Cahangir Hacıyev məhkəmə önündə təqsirləndirilən şəxs qismində tək olmayacaq. O, daha 21 nəfərlə birlikdə mühakimə olunacaq. Təqsirləndirilən şəxslərin bir qismi həbsdədir. Qalanları barəsində istintaq dövründə polis nəzarətinə vermə, başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib.

Beynəlxalq Bankdan milyonlarla kredit götürüb qaytarılmamasına görə mənimsəmədə suçlanaraq, 12 il 9 ay azadlıqdan məhrum edilmiş keçmiş deputat Dünyamin Xəlilov da təqsirləndirilən şəxslər sırasındadır. Qalan 20 nəfər isə bunlardır: Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıq Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Mariz Muradov, Səlahəddin Qədirov, Elxan Cavad, Arif Ramazanov, Nəvai Şirinov, Svetlana Əsədullayeva, İsmayıl Hidayətzadə, Arif Mədətov, Adil Mikayılov, Ramiz Kərimov.

4.7 milyard manatlıq mənimsəmə

İsmayıl Hidayətzadə Cahangir Hacıyevin bacanağıdır. O, Zaqatalada fəaliyyət göstərən "İntertabakko" tütün emalı zavodunun direktoru olub. Bu vəzifədə işləyərkən Beynəlxalq Bankdan kredit götürüb qaytarmamaqda suçlanaraq həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 7 il azadlıqdan məhrum edilən İsmayıl Hidayətzadənin cəzasını Ali Məhkəmə 5 ilə endirib.

"Azərbaycan Konsalting Qrup" MMC-nin rəhbəri olmuş Elxan Cavad da bundan öncə Beynəlxalq Bank məsələsinə görə mühakimə olunub.

Cahangir Hacıyev haqqında ikinci cinayət işi ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda deyilir ki, araşdırma zamanı sabiq bank rəhbərinin göstərişiylə qanunsuz veksel (borca görə öhdəlik) əməliyyatları həyata keçirildiyinə dair əsaslı şübhələr yaranıb. Xüsusən, başqa ölkələrdə qeydiyyatdan keçmiş hüquqi şəxslərlə ümumilikdə 3.4 milyard dollar və 987 milyon avro məbləğində real dəyəri olmayan veksellərin alışı-satışı haqqında müqavilələr bağlandığı bildirilir.

"Bundan başqa, istintaqla Cahangir Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir", rəsmi məlumatda vurğulanır.

Cahangir Hacıyev və daha 21 nəfər birlikdə 4.7 milyard manatlıq mənimsəmədə suçlanır.

Təqsirləndirilən şəxslərə qarşı külli miqdarda mənimsəmə, cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılması, vergidən yayınma və s. maddələrlə ittihamlar irəli sürülüb.

Xatırlatma

Cahangir Hacıyev 2015-ci ilin dekabrında həbs olunub və 2016-cı ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 15 il azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

Cahangir Hacıyev ailə üzvləri və özünə yaxın olan başqa şəxslərin adına Beynəlxalq Bankdan milyonlarla dəyərdə kreditlərin götürülüb mənimsənilməsində suçlanır.

Cahangir Hacıyev özünü təqsirli bilmir./AzadlıqRadiosu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cahangir Hacıyevə bəraət istənildi

    Cahangir Hacıyevə bəraət istənildi ...

    22-05-2017, 16:50

  • 
  • Cahangir Hacıyevin vəkilinin fəaliyyəti dayandırıldı

    Cahangir Hacıyevin vəkilinin fəaliyyəti ...

    6-11-2018, 12:09

  • 
  • Cahangir Hacıyevin ikinci cinayət işinin istintaqı başa çatıb

    Cahangir Hacıyevin ikinci cinayət işinin ...

    11-10-2018, 10:20

  • 
  • Cahangir Hacıyevin işi yenidən icraata götürüldü

    Cahangir Hacıyevin işi yenidən icraata götürüldü ...

    24-12-2018, 10:41

  • 
  • Cahangir Hacıyev “Bandotdel”ə çağırılıb, amma həbs edilməyib

    Cahangir Hacıyev “Bandotdel”ə çağırılıb, amma ...

    19-10-2015, 17:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu