GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » ​8 yaşlı uşağın müəmmalı İNTİHARI: Ölümün nə olduğunu bilməyən uşaq özünü necə asa bilər?

​8 yaşlı uşağın müəmmalı İNTİHARI: Ölümün nə olduğunu bilməyən uşaq özünü necə asa bilər?

Tarix: 25-12-2018, 15:13 Bölmə :Cəmiyyət Baxış: 381
​8 yaşlı uşağın müəmmalı İNTİHARI: Ölümün nə olduğunu bilməyən uşaq özünü necə asa bilər?


Bir neçə gün əvvəl Zaqatala şəhərində 8 yaşlı məktəbli intihar edib. 2-ci sinif şagirdinin bacısının ad günündə özünü asdığı bildirilir.

Lakin hələ 8 yaşı olan bir uşağın intihar barədə məlumatlı olması, özünü asması, niyə asdığı ilə bağlı bir çox suallar yaradır. 8 yaşlı uşaq özünü niyə assın? 8 yaşlı uşaq intiharın nə demək olduğunu dərk edirmi?

Gundemxeber.A BakuPost-a istinadən xəbər verir ki, Medicina.az məsələnin aktuallığını nəzərə alaraq bəzi suallara cavab tapmaq üçün psixoloq Xatirə Səfərovaya müraciət edib.
Psixoloq açıqlamasında bildirib ki, 8 yaşlı uşaq nəinki intihar etməyin, heç ölümün nə olduğunu dərk etmir: "Bu səbəbdən də özünü öldürmək fikirləri uşaq psixologiyası üçün yad bir anlayışdır. Bu yalnız hansısa bir kompüter oyunun təsiri altında və ya intihar videolarını izləyərək özünü oradakı qəhrəmanlara bənzətmək məqsədilə həyata keçirə bilər. Bu zaman uşaq "oyunun” bu cür nəticələnəcəyindən xəbərsiz olur. Burada söhbət "mavi balina” oyunundan da gedə bilər. Çünki belə oyunlarda və videolarda intiharın yolu, qaydaları açıq-aşkar şəkildə göstərilir. Burada hətta atılan addım intihar məqsədilə olmaya da bilər. O yaşda uşaq sadəcə oyun oynadığını düşünür. Nəticənin isə ölümə apara biləcəyindən xəbərsizdir. Çünki onun hələ ölüm haqda heç bir anlayışı yoxdur”.
X. Səfərovanın sözlərinə görə, insanlarda ölüm və intihar anlayışı əsasən 12 yaşdan sonra formalaşır: "Bu hadisəyə birbaşa münasibət bildirmək də düzgün olmazdı. Çünki 8 yaşındakı uşaq ailədaxili münaqişələr səbəbindən heç vaxt gedib özünü öldürməz. Ümumiyyətlə 8 yaşlı uşağın intihara əl atması çox nadir hallarda rast gəlinən bir hadisədir. 8 yaşında uşaq hələ dünyanı və ölümü dərk edə bilmir. Amma deyə bilərəm ki, uşaqlar müxtəlif məzmunlu cizgi filmlərinə baxaraq özlərini onlara bənzətməyə çalışırlar. Məsələn, o yaşda hansısa uşaq "Hörümçək adam” cizgi filminə baxaraq uçmağa cəhd göstərə bilər. Bu yaşanan hal da sadəcə olaraq bu cür nümunələrdən biri ola bilər. Bu yaşda uşaqlarda depressiya və bu səbəbdən də intihar fikirləri qətiyyən yarana bilməz. Çünki onlar hələ yaşamağın və yox olmağın fərqini ayırd edə bilmirlər. Burada nəsə dəqiq bir fikir söyləmək üçün həmin məkanda olmalı, həmin yeri, hətta uşağın əynində olan paltarı görmək tələb olunur. İndi bütün sadalananlar fərziyyə olaraq qalır”.
"Gizli inkişaf edən problemlərin mövcud olması da fərziyyələrdən biridir” deyən psixoloq sosial şəbəkələrdən qaynaqlanan dərin qorxunun son dövrlər ən çox rast gəlinən məsələ olduğunu əlavə edib: "Son zamanlan uşaqların psixoloqlara gətirilməsinin əsas səbəblərindən biri onlarda yaranan dərin qorxudur. Bu qorxular uşaq sosial şəbəkədə hansısa bir video izləyərkən ekrana qəfil çıxan qorxunc görüntü nəticəsində yarana bilir. Bu, uşaq psixikasında kriz yaradır. Ona görə də uşaqların çoxunda kəkələmə, otaqda tək qala bilməmə, məktəbə getmək istəməmə kimi psixoloji problemlər meydana çıxır. Bu səbəbdən hətta uşaqlarda "panik atak” da yarana bilər. Nəticədə də uşaqların beyinlərində "indi öləcəyəm” kimi fikirlər dolaşa bilər. Bu, hətta 5-8 yaş arası uşaqlarda tez-tez rast gəlinən bir haldır. Bir çox hallarda isə uşaqlarada opsetiv-kompulsiv fikir və davranış pozuntuları yaranan zaman da eyni fikirlər meydana çıxa bilər. Bunun nəticəsində də uşaqlarda ölüm qorxusu yarana bilər. Amma birmənalı şəkildə özünü kəndirlə asma hadisəsini törətmək heç də inandırıcı görünmür.
Həmçinin 8 yaşlı uşağın bacısını qısqanması təqdirdə özünü öldürməsi fikri də absurddur. Çünki qısqanclıq yaşayan uşaq özünü öldürmək yerinə, qısqandığı bacı-qardaşına kitabını cırmaq və ya oyuncağını sındırmaq kimi cəzalar verə bilər”.
Qeyd edək ki, dekabrın 22-də axşam saatlarında Zaqatala şəhər sakini, 2010-cu il təvəllüdlü Eşqin Fərmayıl oğlu Əhmədovun meyiti yaxınları tərəfindən şəhərin Azərbaycan prospektindəki fərdi yaşayış evlərinin birinin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə aşkarlanıb. Faktla bağlı Zaqatala rayon Pokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda 11 yaşlı uşaq özünü asıb

    Azərbaycanda 11 yaşlı uşaq özünü asıb ...

    12-01-2016, 20:12

  • 
  • 12 yaşlı uşaq intihar etdi - Ailəsi məktəb forması ala bilmədi...

    12 yaşlı uşaq intihar etdi - Ailəsi məktəb ...

    15-09-2015, 15:47

  • 
  • Azərbaycanda daha bir dəhşət: 11 yaşlı uşaq özünü asdı

    Azərbaycanda daha bir dəhşət: 11 yaşlı uşaq özünü ...

    17-02-2016, 14:41

  • 
  • Şəkidə üç uşaq anası intihar etdi

    Şəkidə üç uşaq anası intihar etdi ...

    10-07-2015, 12:52

  • 
  • Dörd uşaq anası özünü yandırdı

    Dörd uşaq anası özünü yandırdı ...

    23-08-2013, 17:13


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu