Dünya TV-nin aparıcısı Humay Muxtarovanın bıçaqlanmasına dair şayiələr yayılıb.
Gundemxeber.az bildirir ki, məsələ ilə bağlı Muxtarova Open.az-a açıqlama verib. Aparıcı əslində bıçaqlanmadığını sadəcə rəfiqəsinin sevgilisinin ona hücum etdiyini bildirib: "Restoranların birində rəfiqələrimlə əyləşmişdik. Daha sonra anidən rəfiqəmin davalı olduğu sevgilisi içəri girdi. Mənim üzərimə hücum çəkdi. Özü də bıçaqlanmamışam, sadəcə mənə çəngəl atıb. Artıq polisə məlumat vermişəm və cinayət işi açılıb."
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?