GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Rüfət Aslanlının ölkədən çıxışının yasaqlanmasının ilginc detalları - GƏLİŞMƏ

Rüfət Aslanlının ölkədən çıxışının yasaqlanmasının ilginc detalları - GƏLİŞMƏ

Tarix: 8-01-2019, 11:14 Bölmə :Cəmiyyət Baxış: 327
Rüfət Aslanlının ölkədən çıxışının yasaqlanmasının ilginc detalları - GƏLİŞMƏ


Ötən ilin son günlərində məlum oldu ki, Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının keçmiş sədri Rüfət Aslanlının Azərbaycanın hüdudlarını tərk etməsinə qadağa qoyulub.

Etibarlı mənbələrə istinadən bununla bağlı məlumat yayan virtualaz.org bildirir ki, keçmiş məmur Bakı aeroportunda sənədlərin yoxlanılması üçün saxlanılıb. Rüfət Aslanlı Yaponiyaya uçmağa hazırlaşırmış. Aslanlıya xəbərdarlıq edilib ki, onun Azərbaycanın hüdudlarından kənara çıxmasına qadağa qoyulub.

Xatırladaq ki, Rüfət Aslanlı dəbdəbəyə meylli məmurlardan biri hesab olunur. Onun adı dəfələrlə müxtəlif korrupsiya qalmaqallarında iştirakda hallanıb. Onun bahalı saat və avtomobil kolleksiyaları haqda mətbuatda geniş materiallar dərc olunub. Həmin materiallardan aydın olur ki, sabiq Palata rəhbəri çox dəbdəbəli həyat tərzi keçirib, bahalı aksesuarlara, əyləncə və gəzintilərə külli miqdarda pullar xərcləyib. Məsələn, R.Aslanlının Londonda bir hoteldə qalmağa minlərlə funtsterlinq xərclədiyi ortaya çıxıb. Belə ki, 2016-cı ilin avqust-oktyabr aylarında Palata rəhbəri olaraq o, Londonun “Windzor Suite” hotelində qalmağa bir dəfə 3600, ikinci dəfə isə 4300 funtsterlinq pul xərcləyib. Ödənişləri isə özünün “Lloyds Bank PLC”dəki hesabından icra edib. Bundan əlavə, R.Aslanlı Beynəlxalq Bankın sabiq direktoru Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın bazarlıq etdiyi “Harrods” adlı ticarət mərkəzindən böyük məbləğdə alver edib. Belə ki, 2016-cı ilin 2 sentyabr tarixində onun kart hesabından həmin ticarət mərkəzi üçün 31 min 435,15 dollar çıxılıb. Elə həmin gün həmin ticarət mərkəzində R.Aslanlı daha 40 min 561 dollar xərcləyib.

Habelə, 2017-ci ilin yanvarında o, İsveçrədəki “Michaud Verbier SA” cəvahirat mağazasından bir gündə 104 min 545,44 dollarlıq alış-veriş edib.

Bu qədər bahalı alış-verişin keçmiş Palata rəhbərinin aylıq vəzifə maaşı hesabına reallaşdırılması qeyri-mümkündür. Buna görə də cəmiyyətdə onun korrupsiya əməlinə görə cinayət məsuliyyətinə cəlb olunacağına dair gözləntilər fromalaşıb. R.Aslanlının Azərbaycandan çıxışına qoyulan qadağa bu gözləntilərin reallaşması demək ola bilərmi? Hansı səbəblərdən onun ölkəni tərk etməsinin qarşısı alına bilər?

Sualları cavablandıran hüquqşünas Əkrəm Həsənov bildirir ki, ölkədən çıxışa qadağa qoyulması müxtəlif səbəblərdən mümkündür: “Burada banka, dövlətə borclu olmaqdan tutmuş, hansısa cinayət işində şahid, yaxud cəlb olunan kimi iştiraka qədər çoxsaylı səbəblər ola bilər. Amma indiki halda daha çox ehtimal budur ki, hansısa cinayət işi üzrə R.Aslanlının çıxışı qadağan olunub. Sadəcə, bu qadağa elə də uzun müddət əvvəl qoyulmayıb - heç özünü də məlumatlandırmayıblar. Çünki qanunla belə qadağalar barədə şəxsin özü məlumatlandırılmalıdır. Görünür, R.Aslanlının xəbəri olmayıb ki, təyyarə bileti alaraq ölkəni tərk etməyə çalışıb”.

Hüquqşünas bildirir ki, bu fakt əsasında R.Aslanlı barədə cinayət işinin qaldırıldığını söyləmək mümkün deyil: “Ola bilsin, hansısa araşdırmalar başlanıb. Bu araşdırma vacib deyil ki, Maliyyə Bazarlarına Nəzarət Palatasında işlədiyi dövrlə bağlı olsun. Ondan əvvəl R.Aslanlı on ilə yaxın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri olub. Yəni ehtimallar çoxdur. Bununla bağlı hüquq-mühafizə orqanları məlumat verməlidir. Onlar da bəlkə istintaq sirri olduğu üçün hələlik açıqlama vermirlər. Düşünürəm ki, ən böyük ehtimal R.Aslanlının Palataya rəhbərlik etdiyi dövrlə bağlıdır. Mən özüm ”Bank Standard"ın Kreditorlar Komitəsinin sədri kimi dəfələrlə demişəm ki, ən azı həmin bankın müflisləşmədən əvvəlki altı aylıq fəaliyyətinə görə Palata məsuliyyət daşıyır. Həmin dövrdə banka irihəcmli vəsaitlər ayrılıb, onların taleyindən məlumat verən yoxdur. O dövrdə də Palataya Rüfət Aslanlı rəhbərlik edirdi. Yəni ən azı bir epizodu mən deyirəm. Rüfət Aslanlının rəhbərliyi ilə ondan çox bankın müflisləşməsi prosesi aparılıb, tam sağlam olan “ParaBank” bağlanıb. Bu, bankçılıq tarixində görünməmiş haldır ki, tam sağlam olan bankı müflis elan edəsən".

Onu da qeyd edək ki, bir müddət əvvəl Əmanətlərin Sığortalanması Fondunun əvvəlki rəhbərliyinin fəaliyyətinin araşdırılması və ciddi qanun pozuntularının aşkarlanmasına dair məlumat yayılmışdı. R.Aslanlı bu iş üzrə prosesə cəlb oluna bilərmi? Ə.Həsənov bunu istisna etmir: “Bilirik ki, Azad Cavadovun dövründə fondun fəaliyyətində böyük problemlər olub, araşdırmalar zamanı ciddi faktlar aşkarlanıb. Düzdür, bununla bağlı da rəsmi açıqlama verilməyib, amma araşdırmaların gedişində R.Aslanlının da işlə bağlı cəlb olunması mümkündür. Çünki Əmanətlərin Sığortalanması Fondu faktiki olaraq R.Aslanlının rəhbərlik etdiyi Palataya tabe idi”.../“Yeni Müsavat”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rüfət Aslanlının Azərbaycandan çıxışına qadağa qoyuldu

    Rüfət Aslanlının Azərbaycandan çıxışına qadağa ...

    27-12-2018, 12:17

  • 
  • Bu gün ölkədən çıxışına, sabah azadlığına qadağa qoyula bilər - Məhşər ayağı...

    Bu gün ölkədən çıxışına, sabah azadlığına qadağa ...

    28-12-2018, 13:00

  • 
  • Rüfət Aslanlının Fransada çoxmilyonluq mülkiyyəti aşkar edilib

    Rüfət Aslanlının Fransada çoxmilyonluq mülkiyyəti ...

    20-10-2018, 12:02

  • 
  • Rüfət Aslanlı HƏBS OLUNA BİLƏR - ŞOK İDDİA

    Rüfət Aslanlı HƏBS OLUNA BİLƏR - ŞOK İDDİA ...

    18-10-2018, 15:37

  • 
  • Rüfət Aslanlının həbsi aktuallaşır... – ilginc korrupsiya faktları

    Rüfət Aslanlının həbsi aktuallaşır... – ilginc ...

    24-10-2018, 11:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu