Bu ildən başlayaraq Azərbaycanda kvadrisiklləri idarə etmək üçün xüsusi sürücülük vəsiqəsi veriləcək.
Gundemxeber.az bildirir ki, Daxili İşlər Nazirliyinin bu barədə qərarını daxili işlər naziri Ramil Usubov imzalayıb.
Qərara əsasən, "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında Təlimat”a müvafiq dəyişiklik edilib.
Qərar 1 yanvar 2019-cu ildən qüvvəyə minib.
Qeyd edək ki, kvadrisikl yüksüz vəziyyətdə kütləsi 400 kiloqramdan (yük daşımaq üçün nəzərdə tutulan nəqliyyat vasitələri üçün 550 kiloqramdan) çox olmayan (elektrik mühərrikli nəqliyyat vasitələri üçün akkumulyatorların kütləsi nəzərə alınmır) və maksimal effektiv gücü 15 kVt-dan çox olmayan mühərrikli dördtəkərli mexaniki nəqliyyat vasitəsidir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?