ABŞ prezidenti müvəqqəti H1-B vizaları ilə bağlı dəyişikliklər gözlənildiyini deyib. Bu viza Amerika şirkətlərinə yüksək texnoloji biliklər və digər peşələrə sahib olanları işləmək üçün xaricdən Amerikaya gətirmələrinə imkan yaradır.
Donald Tramp tvit edərək bildirib ki, artıq bu vizası olanlar narahat olmamalıdır. Belə ki, prosesin yüngülləşdirilməsi və insanların Amerikada qalması ilə onlar potensial vətəndaşlıq hüququ qazana bilər.
Tramp Amerikanın istedadlı və təcrübəli insanların ABŞ-da karyeralarını davam etdirməsini təşviq etdiyini bildirib.
Seçkiqabağı kampaniyası zamanı o, H1-B vizalarını “ucuz əmək proqramı” adlandıraraq, onların ləğv ediləcəyinə söz vermişdi.
Vizanın yeni qaydaları hazırda nəzərdən keçirilir. Məqsəd “ən yaxşı və ən parlaq” olanların bu imtiyazla təmin edilməsidir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?