GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » 20 ilin deputatının milyonluq villası bank borcuna görə ƏLDƏN GETDİ - İDDİA

20 ilin deputatının milyonluq villası bank borcuna görə ƏLDƏN GETDİ - İDDİA

Tarix: 22-01-2019, 12:14 Bölmə :Cəmiyyət Baxış: 712
20 ilin deputatının milyonluq villası bank borcuna görə ƏLDƏN GETDİ - İDDİA


İkinci, üçüncü, dördüncü və beşinci çağırış (20 ildir Milli Məclisdədir) Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Sosial Rifah Partiyasının sədri, Xanhüseyn Kazımlı “Yapı Kredi Bank Azərbaycan” QSC-yə borc müqabilində girov qoyulan Novxanıdakı villasından olub.

26 fevral 2014-cü il tarixində “Yapı Kredi Bank Azərbaycan” QSC ilə üçüncü şəxs “Aqroflora” MMC arasında illik 12% olmaqla 36 ay müddətinə 400 000 manat məbləğində kreditin verilməsinə dair 137970/01nömrəli kredit müqaviləsi bağlanıb. Kreditin təminatı olaraq deputata məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən ümumi sahəsi 301,5 kvadrat metr olan 332E nömrəli ev bankın xeyrinə yüklü edilib.

Bundan əlavə, həmin tarixdə bank ilə millət vəkilinin özü, Kazımov Dəyanət Qüdrət oğlu, Kazımova Əsli Xanhüseyn qızı arasında zaminlik müqavilələri bağlanıb.

Bundan sonra bank “Aqroflora” MMC-yə, deputata, Kazımov Dəyanət Qüdrət oğluna, Kazımova Əsli Xanhüseyn qızına və Kazımlı Samir Xanhüseyn oğluna qarşı “kredit borcunun, ona hesablanan faizlərin və dəbbə pulunun tutulması, tələbin ipoteka ilə yüklü edilən əmlaka yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edib.

Məhkəmə iddianı qismən təmin edib və cavabdehlərdən müştərək qaydada bankın xeyrinə cəmi 405 701,34 manat kredit borcunun tutulması, tələbin ipoteka predmeti olan 332E saylı evə yönəldilməsini, həmin mənzilin ilkin satış qiymətinin 700 000,00 manat məbləğində müəyyən edilərək açıq hərracda ixtisaslaşdırılmış müəssisə vasitəsilə satılmasını və onun satışından əldə edilən pul vəsaiti hesabına cavabdeh “Aqroflora” MMC-nin iddiaçı “Yapı Kredi Bank Azərbaycan” QSC-yə olan kredit borcunun ödənilməsini qət edib.

Beləliklə, 2 noyabr 2016-cı il tarixdə deputata məxsus ev ilkin satış qiyməti 700 000,00 manat olmaqla “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən hərraca çıxarılıb.

Birinci hərracın baş tutmaması səbəbindən təkrar hərrac (qanuna əsasən 45 təqvim günüdən gec olmayaraq) keçirilib və əmlakın ilkin satış qiyməti 15% daha aşağı göstərilib. Lakin təkrar hərracda da həmin əmlak satılmadığından hərrac baş tutmayıb. Bundan sonra 29 dekabr 2016-cı il tarixində, yəni birinci hərracın baş tutmadığının elan edildiyi tarixdən 57 təqvim günü sonra üçüncü hərrac keçirilib, bu hərracın nəticələri haqqında Y-13 saylı yekun protokol tərtib edilib və Xanhüseyn Kazımlıya məxsus Novxanı kəndindəki 332E saylı evin 446 250,00 manata “Yapı Kredi Bank Azərbaycan” QSC tərəfindən alınmasına dair alqı-satqı müqaviləsi bağlanıb.

Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsi tərəfindən “Yapı Kredi Bank Azərbaycan” QSC-nin mülkiyyət hüququnu təsdiq edən Çıxarış verilib.

Millət vəkili hərracın nəticəli haqqında protokolun, bu protokol əsasında bağlanmış alqı-satqı müqaviləsinin və “Yapı Kredi Bank Azərbaycan” QSC-nin Novxanı kəndi 332E saylı ev üzrərində mülkiyyət hüququnu təsdiq edən Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasına dair Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsində iddia qaldırıb.

Məhkəmənin 3 avqust 2018-ci il tarixli qətnaməsi ilə deputatın cavabdehlər Binəqədi rayon İcra şöbəsinə, banka, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-yə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsinə və üçüncü şəxs “Aqroflora” MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia təmin edilməyib.

Maraqlıdır ki, Xanhüseyn Kazımlı apellyasiya şikayətində, ona məxsus evin ilkin satış qiyməti kimi müəyyən edilən 700 000,00manat məbləğin evin real bazar dəyərindən qat-qat aşağı hesablandığını vurğulayıb.

Xatırladaq ki, Millət vəkilinin oğlu Fəxri Kazımov "Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu"nun İdarə Heyətinin sədridir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • «YAPI KREDİ» BANK KREDİTİ SİYASƏTLƏ VERİRMİŞ

    «YAPI KREDİ» BANK KREDİTİ SİYASƏTLƏ VERİRMİŞ ...

    10-10-2013, 15:19

  • 
  • Fətulla Güləninin Azərbaycandakı gizli bankı – “Yapı Kredi Bank Azərbaycan”

    Fətulla Güləninin Azərbaycandakı gizli bankı – ...

    16-09-2016, 15:12

  • 
  • Bakıda bank binası yadı

    Bakıda bank binası yadı ...

    3-12-2014, 11:41

  • 
  • “Nikoil Bank” deputatı və qardaşlarını yenidən məhkəməyə verdi

    “Nikoil Bank” deputatı və qardaşlarını yenidən ...

    8-05-2013, 11:37

  • 
  • “Yapı Kredi Bank”da ixtisar? - Müştərilər saatlarla növbə gözləyir

    “Yapı Kredi Bank”da ixtisar? - Müştərilər ...

    1-10-2018, 13:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu