GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıda 87 yaşlı kişidən marketdə gənc qıza qarşı ŞOK HƏRƏKƏT: - əxlaqsızlıq təklif etdi və...

Bakıda 87 yaşlı kişidən marketdə gənc qıza qarşı ŞOK HƏRƏKƏT: - əxlaqsızlıq təklif etdi və...

Tarix: 25-01-2019, 12:26 Bölmə :Cəmiyyət Baxış: 490
Bakıda 87 yaşlı kişidən marketdə gənc qıza qarşı ŞOK HƏRƏKƏT: - əxlaqsızlıq təklif etdi və...


Bakıda əxlaqsızlıq təklif edən yaşlı kişini öldürməkdə təqsirli bilinən 1977-ci il təvəllüdlü Rəşid Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gundemxeber.az Publika.az-a istinadla xəbər verir ki, hadisə 2017-ci il, iyulun 2-də Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, 574-cü məhəllədə baş verib. Rəşad Muradov paytaxt sakini, 1931-ci il təvəllüdlü Nikolay Qabulxayevi qətlə yetirib.

Marketdə əxlaqsızlıq təklifi

Belə ki, qətlə yetirilən Nikolay Qabulxayev Rəşid Muradovun qeyri-rəsmi yaşadığı Natalya Paçulyanın satış təmsilçisi kimi işlədiyi “Favorit” marketə müştəri kimi gəlib.

Nikolay marktin kassasında olan Natalyaya seksual xarakterli hərəkətlər etməyi təklif edib. Natalya özündən yaşca çox böyük olan ağsaqqal kişiyə seksual hərəkətlər etmək barədə dediyi təklifini rədd edib.

Qisasçılıq

Daha sonra axşam evə gələn Natalya qeyri-rəsmi nikahda yaşadığı Rəşid Muradova gündüz baş verən olayı danışıb. Rəşid sevgilisinə seksual xarakterli hərəkətlər etmək istəyən həmin şəxsdən qisas almaq məqsədilə onu öldürmək qərarına gəlib.

Ertəsi gün Rəşid Muradov sevgilisinin işlədiyi marketin qarşısına gəlib. O, müştəri kimi marketə gələn Niklayı gözləyib.

Növbəti əxlaqsızlıq təklifi

Təxminən saat 11.51-də Niklay çörək almaq məqsədilə marketə gəlib. Marketdən çörək alan Niklay yenə də Natalyanın olduğu kassaya yaxınlaşıb.

Həmin vaxt Niklay evdə tək yaşadığını deyərək Natalya ilə cinsi əlaqədə olmaq istədiyini deyib. Onun bu təklifini Natalyanın yanında olan sevgilisi Rəşid eşidib.

Natalya yenə də təklifə rədd cavabı verdikdən sonra Nikolay marketdən çıxıb. Bir qədər aralanan Nikolaya arxadan Rəşid yaxınlaşıb.

“Nənəmin Təndiri”ndə qətl

Ə.Haqverdiyev küçəsində yerləşən “Nənəmin Təndiri” adlı mağazanın arxa hissəsində hərəkət edən Nikolaya yaxınlaşan Rəşid onu döyərək, çoxaylı xəsarətlər yetirib.

Nikolay hadisə şahidlərinin köməkliyi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Həmin gün saat 18.30-da Nikolay vəfat edib.

İstintaq orqanı tərəfindən Rəşid Muradovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqda zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.

Qətl, yoxsa ehtiyatsızlıq?

İş materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Əlövsət Abbasovun icraatına verilib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Rəşid Muradov qətli qisas almaq məqsədilə törətməyib. O, yaşlı kişinin bu hərəkətlərinə irad tutmaq üçün arxasınca gedib.

Rəşid Nikolaya arxdan yapışarkən sonuncu yerə yıxılıb və başından xəsarət alıb. Nikolay xəstəxanada tibbi yardım alsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

2 il cəza

Bu səbəbdən Rəşid Muradovun əməli Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilib. Ona 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.

Hökmdən narazı qalan Rəşid Muradov apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Prokurordan etiraz

Bundan başqa, prokuror tərəfindən də apelyasiya protesti verilib. Prokuror Rəşid Muradovun cəzasının ağırlaşdırılmasını istəyib.

Hər iki şikayətə Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrlik etdiyi kollegiyada baxılıb. Apelyasiya protesti və şikayətinin dəlillərini araşdıran hakim heyəti qərar elan edib. Qərara görə, prokurorun protesti, təqsirləndirilən şəxsin şikayəti təmin olunmayıb.

Məhkumun cəzası ağırlaşdırılmadı

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror Rəşid Muradovun barəsində olan Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, ağırlaşdırcı halların müəyyən edilməsi üçün iş materiallarının yenidən apelyasiya instansiyasına göndərilməsini istəyib.

Prokurorun protesti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada kasasiya protestinin dəlilləri araşdırılıb. Sonda kasasiya protestinin təmin olunmaması barədə qərar elan edilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda 5 yaşlı qıza sataşan şəxsə cəza verildi

    Bakıda 5 yaşlı qıza sataşan şəxsə cəza verildi ...

    12-10-2015, 19:27

  • 
  • Bakıda iyrənc olay: 4 uşağa qarşı seksual xarakterli hərəkət edən manyak saxlanıldı

    Bakıda iyrənc olay: 4 uşağa qarşı seksual ...

    15-09-2018, 11:40

  • 
  • Kilsə işçiləri 9 yaşlı qıza qarşı seksual hərəkətlər etdi - Bakıda kilsədə rəzalət

    Kilsə işçiləri 9 yaşlı qıza qarşı seksual ...

    23-06-2018, 14:59

  • 
  • 17 yaşlı oğlan Bakıda əxlaqsızlıq yuvası yaradıb

    17 yaşlı oğlan Bakıda əxlaqsızlıq yuvası yaradıb ...

    15-03-2016, 12:54

  • 
  • Bakıda insanlığa sığmayan cinayət: azyaşlı uşaq zorlandı

    Bakıda insanlığa sığmayan cinayət: azyaşlı uşaq ...

    10-07-2013, 15:11


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (171)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu