Nərimanov rayon Montin qəsəbəsi ərazisi Ağa Nemətulla küçəsində yerləşən Araz marketdə oğurluq hadisəsi baş verib.
Gundemxeber.az bildirir ki, Azerbaycanrealligi.com-a hadisə yerində olan şahidlərin bildirdiyinə görə oğurluq edən şəxsin adı və soyadı məlum olmasa da, 2 ədəd plitka şokolad oğurladığı bəlli olub. Oğurluq edən şəxs Araz marketdən post patrul xidməti maşınına mindirilərkən polis serjantlarına kasıb olduğunu, bu oğurluğa ehtiyac üzündən əl atdığını bildirib. Belə ki, şokoladları az yaşlı övladı üçün götürdüyünü bildirib. Polis əməkdaşları isə 102 qaynar xəttinə oğurluq şikayətilə bağlı xəbər daxil olduğunu bildiriblər. Həmçinin, adı çəkilən Araz marketin əməkdaşı da şahidlərin gözü qarşısında şikayətçi olduğunu bildirib. Hadisə gecə vaxtı, iş gününün başlanmasından əvvəl baş versə də, DİN mətbuat xidməti ilə əlaqə saxlasaq da, zəngimizə cavab verən olmayıb. Araz market şəbəkəsinin Elvin adlı mətbuat xidməti ilə əlaqə saxlasaq da, o, işdən çıxdığını bildirib. Bu məsələ ilə bağlı elə ona görə də açıqlama verə bilməyəcəyini bildirdi. Şahidlərin verdiyi məlumata görə saxlanılan gənc ata Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinə aparılıb.
Baş vermiş hadisə ilə bağlı adı çəkilən qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?