GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Abşeronda quruculuq işləri surətlə davam edir - FOTO

Abşeronda quruculuq işləri surətlə davam edir - FOTO

Tarix: 31-01-2019, 18:50 Bölmə :Cəmiyyət Baxış: 1 735
Abşeronda quruculuq işləri surətlə davam edir - FOTO


Abşeron rayonunda sosial-iqtisadi inkişaf dinamik xarakter alıb

Bilirik ki, ölkəmiz müstəqil olduqdan sonra uğurlu strateji addımlara start verilib. Azərbaycan Prezidenti cənab İlham Əliyev yaddaqalan mühüm islahat proqramlarına ciddi nəzər yetirir. Dövlət başçısının bu istiqamətdə həyata keçirdiyi islahatlar Azərbaycan iqtisadiyyatının yeni dövrünün inkişafına təməl yaradır. Bu, hüquqi və siyasi islahatların davamıdır və bölgələrdə də özünü aydın xarakterizə edir. Abşeron rayonunda da bu zəruri prioritetlər vətəndaş-cəmiyyət münasibətinə müsbət təsir göstərir. Rayon İcra hakimiyyətinin başçısı İradə xanım Gülməmmədovanın ölkədəki inkişafla bağlı rayonda həyata keçirdiyi islahatlar ictimaiyyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Bütün bunlar cənab başçının apardığı iqtisadi islahatların sosial əsası və kadr bacarığı kimi təzahür edir.
Bilirik ki, dövlət quruculuğunda ciddi rol oynayan amillərdən biri də, bölgələrin Dövlət Proqramına uyğun yenidən qurulmasıdır. Abşeron rayonundakı dinamik inkişaf bu bölgənin strateji resurslarını bir qədər də möhkəmləndirir.

Abşeronda quruculuq işləri surətlə davam edir - FOTO


Kadr məsuliyyət hiss edəndə...

Bilirik ki, son vaxtlar Abşeron rayonunda əsaslı və dinamik inkişaf var. Ölkə rəhbərinin göstərişləri və tövsiyyələri Abşeron Rayon İcra hakimiyyətinin başçısı İradə xanım Gülməmmədova tərəfindən operativ və dəqiqliklə yerinə yetirilir, nəticədə, rayon sürətlə gözəlləşir. Bu da o anlama gəlir ki, kadr məsuliyyət hiss edəndə, dövlətçilik işində sürətli canlanma yaranır.
Açığı, çox az-az şəxsiyyət var ki, el içində hərtrəfli hörmət qazanır. Az-az ziyalı var ki, onu canlı görmək, gendən də olsa, şəxsiyyət adının fövqünə baxış cilvələmək istəyirsən. Belələri İskəndər Zülqərneynin və Heydər Əliyevin böyük önəm verdikləri əsl insan adını daşımağa layiqdirlər! Şəxsiyyət adı milli örnəklər kimi əks edən İradə xanım Gülməmmədovanın başçı-rəhbər fəhmi də bu ucalıqda bərq vurur. Doğrudan da, o insan ki, yaxşı əməlləri ilə ad qoyur, dövlət dəyərləri onu şübhəsiz, quruculuq işinin yüksək zirvələrinə çıxarır. İctimaiyyətin böyük dəyər verdiyi İradə xanımın əməli işlərində dürüst yanaşma, qayğı və diqqətkeşlik normaları məna tapır. İradə xanım el içində ona görə uca görünür ki, bütün bacarığını əhalinin həyat tərzinə, rəhbəri olduğu rayonun əsaslı inkişafına sərf edir. Onun rəhbər-başçı missiyasının zirvəsində maraqlı ictimai zəminlər bərqərardır; yəni, o, görüləcək hər hansı bir işin qənşərinə öz bitkin ideyasını çıxarır, tez-tez ünsiyyətdə olduğu rayon ictimaiyyətinin problemləri ilə şəxsən maraqlanır, ciddi tədbirlər görülməsi üçün tapşırıqlar verir.
Abşeron rayonu üçün gördüyü işlərin fövqünə qalxanda, belə bir qənaətə gəlmək olur ki, İradə xanım vaxtın, zamanın ucada tutduğu kadrdır. Onun xeyirxahlığı, zəhmətə bağlılığı başçı-rəhbər sevgisində açıq-aşkar görünür. Onun ruhundakı milli hiss Abşeron ictimaiyyətinin diqqət mərkəzindədir. Məhz bununla o, ucalıq qazanır. Bəxtiyar Vahabzadə demişkən:

Yalnız başqasını düşünən zaman,
Qalxır insanlığın fövqünə insan.

Abşeronda quruculuq işləri surətlə davam edir - FOTO


Dəfələrlə şahidi olmuşuq; İradə xanım qəbuluna gələnlərə ehtiram göstərir, onların şəxsiyyətini elə qiymətləndirir ki, insan uzun müddət onunla qurduğu bu ünsiyyət sehrinin cazibəsində qalır. Onun ədalət ölçüsündə doğma və yad anlayışı yoxdur. Hamı, hər kəs üçün onun qərarı eynidir.

Abşeronda quruculuq işləri surətlə davam edir - FOTO


İnkişaf gerçək qayğının təzahürüdür

Regionların sosial-iqtisadi inkişafına diqqətin artırılması Abşeronda da vacib məsələ kimi diqqət çəkir. Rayonda aparılan əsaslı yenidənqurma işləri, həyata keçirilən iri miqyaslı layihələr ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin həllinə istiqamətlənib.
Rayon ərazisində sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması, dotasiyalardan asılılığın minimuma endirilməsi, daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, keçirilən tenderlərdə şəffaflığın təmin edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbüt şəraitin yaradılması və s. kimi hallar Abşeron əhalisinin dövlətçilik işindəki rolunu artırır. Biz əbəs yerə demirik, inkişaf gerçək qayğının təzahürüdür. Bu mənada, Abşeron RİH-nin başçısı İradə xanım Gülməmmədova ölkə rəhbərinin etimadını doğruldub. Başçının əhali ilə qarşılıqlı münasibətləri örnək nümunələr yaradıb və hazırda da sakinlər onun qəbuluna böyük inam hissi ilə yazılırlar. Çünki yaxşı bilirlər ki, rayon rəhbərliyi onların problem və qayğıları ilə dərindən maraqlanır, problemlərin həlli istiqamətində müxtəlif tədbirlər görür.

Abşeron - gözəlliklər yurdu

Abşeronda quruculuq işləri surətlə davam edir - FOTO


2018-ci ildə də Abşeron rayonunda abadlıq-quruculuq işləri sürətlə davam etdirilib, əhalinin elektrik enerjisi, içməli su, kanalizasiya, təbii qazla təchizatı, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb. Rayonun daxili imkanları hesabına Xırdalan şəhərində Hacı Zeynalabdın Tağıyev, Qalubiyyə, Məhəmməd Füzuli, Səttar Bəhlulzadə, Yusif Məmmədəliyev küçələrində abadlaşdırılma işləri həyata keçirilib, Misir Dostluq Parkı yenidən qurulub. Saray qəsəbəsində Şəhidlərin xatirəsinə abidə ucaldılıb, şəhidlərin adına olan park, eyni zamanda, Vəli Axundov parki abadlaşdırılıb. Aşağı Güzdək qəsəbəsində Həzi Cavadov, Novxanı kəndində Mehdi Hüseynzadə küçələrində daxili imkanlar hesabına abadlıq işləri görülüb. Masazır kəndinin mərkəzi küçəsi olan Əlağa Vahid prospektinin işıqlandırılması məqsədilə işıq dirəkləri basdırılıb, müəyyən uzunluqda kabel xətti çəkilib. Eyni zamanda, “Yeni Bakı” yaşayış massivinə gedən yola asfalt örtük döşənib. Ceyranbatan və Mehdiabad qəsəbələrində parkların, Masazır kəndində Heydər Əliyev və Zərifə Əliyeva adına küçələrin yenidən qurulması işləri sürətləndirilib.
Ötən dövrdə Abşeron rayonu üzrə qeyri-məşğul əhalinin ödənişli ictimai faydalı əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı rayon Məşğulluq Mərkəzi, rayon Təmir Abadlıq İdarəsi və digər aidiyyəti idarələrlə birgə təkliflər hazırlanıb, küçə, prospekt, park, xiyaban və magistral yolların ətrafında görüləcək abadlıq və quruculuq işləri, Xırdalan şəhərində təmir olunacaq beş çoxmənzilli yaşayış binası müəyyən edilib. Həmçinin, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonun inzibati və təhkim olunmuş ərazilərində fəaliyyət göstərən sahibkarlara güzəştli kredit verilib.
Eləcə də, rayonun kənd və qəsəbələrində yaşayan sakinlərlə səyyar-qəbullar keçirilib, əhalinin qarşılaşdığı problemlərin həlli istiqamətində addımlar atılıb.
Bir sözlə, bütün vacib işlər Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasına yönəldilib. Rayonda gedən sosial-iqtisadi inkişaf sürətlənib, Abşeron gözəlliklər yurdu kimi diqqət çəkir. Bu da İradə xanım Gülməmmədovanın Abşerona və abşeronlulara verdiyi töhfələrdir.

İslahat günün tələbidir

Abşeronda quruculuq işləri surətlə davam edir - FOTO


Son illər Azərbaycanın digər bölgələri kimi, Abşeron rayonunun da kənd və qəsəbələri, rayonun giriş qapısı hesab edilən Xırdalan şəhəri sürətlə gözəlləşir. Rayonda yeni, modern infrastruktur layihələri həyata keçirilir. Küçələr, yollar, parklar abadlaşdırılır. Rayon əhalisi abadlıq-quruculuq prosesində böyük həvəslə iştirak edir. Birgə işin yekununda zəhmət dövlətçilik dəyərləri kimi ehtiva edir.
Sözün əsl mənasında bu gün Abşeron rayonu böyük bir tikinti meydançasını xatırladır. Rayonun tikinti sektorunda işlər daha sürətli hal alıb. Bundan əlavə, Novxanı kəndində yeni magistral içməli su və kanalizasiya xətləri istifadəyə verilib, Pirəkəşkül, Qobustan kəndlərində içməli su çəkilişi işləri başa çatdırılıb, Mehdiabad və Digah qəsəbələrində kanalizasiya xətlərinin yenilənməsi işləri davam etdirilir.
Abşeron rayonunun yol infrastrukturu da ürəkaçan səviyyədədir. Son illər rayonda yol tikintisi böyük vüsət alıb, əhali bu işləri razılıqla qarşılayıb.
Yaxud, Bakı-Şamaxı, Bakı-Quba magistral avtomobil yollarının Abşeron rayonundan keçən hissəsində 7 yerdə yerüstü piyada keçidi quraşdırılıb, rayonun daxili imkanları hesabına Xırdalan, Ceyranbatan, Saray, Masazır, Hökməli, Məmmədli, Novxanı yaşayış məntəqələrində daxili yollarda asfaltlama işləri həyata keçirilib. Rayon ərazisində Hökməli-Qobu, Mehdiabad-Fatmayı, Mehdiabad-Novxanı, Mehdiabad-Digah-Məmmədli avtomobil yollarının kənarlarında abadlaşdırma işləri görülüb, ümumilikdə, yol kənarlarında, parklarda və digər ərazilərdə minlərlə zeytun, xan çinar, şam və digər növ ağaclar əkilib.
Rayonun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrindəki əsaslı inkişaf rayonda aparılan quruculuq işlərinin bariz səciyyəsidir. Bu sahələr İradə xanımın şəxsi nəzarətindədir.
Nə xoş ki, ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yürüdülür və bu siyasi zəminlərin bariz örnəklərini Abşeron RİH-nin başçısı İradə xanım Gülməmmədovanın milli maraqlara və uzaqgörən perspektivlərə əsaslanan kadr işində aydın müşahidə edirik.
İradə xanımın Abşeronda həyata keçirdiyi uğurlu islahatlar nəticəsində rayon ölkəmizin ən qabaqcıl və ən inkişaf etmiş rayonlarından birinə çevrilib, buradakı sürətli canlanma artıq hər kəs tərəfindən birmənalı qəbul edilir.
Artıq özünün böyük inkişaf sevincləri ilə yaşayan Abşeronda quruculuq nüfuzunun artması, rayonun dayanıqlı inkişafının təmin olunması, sakinlərin rifah halının mütəmadi olaraq yüksəlməsi və digər nailiyyətlər İradə xanımın məsuliyyət hissinin silsilələridir.
Ümumiyyətlə, Abşeronda diqqət çəkən sürətli canlanma icra başçısı İradə xanım Gülməmmədovanın yaratdığı ictimai sabitliyin, diqqət və qayğıkeşliyin, yüksək etimadın bariz nümunəsidir. İradə xanımın kadr bacarığı, vətəndaş məsuliyyəti və məmur sevgisi ölkəmizin dövlət dəyərlərinə olan etimadıdır. Əgər bu gün Abşeronda sabitlik və inkişaf dinamik həddədirsə, bunu İradə xanımın başçı məsuliyyəti ilə əlaqələndirməliyik.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazir müavini: "Azərbaycadakı islahatlar qeyri-neft sektorunun inkişafına yönəlib"

    Nazir müavini: "Azərbaycadakı islahatlar ...

    9-06-2018, 11:56

  • 
  • İradə Gülməmmədovanın Xırdalan sakinləri ilə səyyar qəbulu keçiriləcək

    İradə Gülməmmədovanın Xırdalan sakinləri ilə ...

    18-01-2019, 23:25

  • 
  • Prezident Abşeron rayonuna səfər edib

    Prezident Abşeron rayonuna səfər edib ...

    16-11-2017, 10:35

  • 
  • Azərbaycanda struktur və kadr islahatları aparılacaq - Deputat

    Azərbaycanda struktur və kadr islahatları ...

    31-01-2017, 20:57

  • 
  • Apellyasiya Şuraları sahibkarların hüquqlarının qorunması istiqamətində atılan növbəti addımdır

    Apellyasiya Şuraları sahibkarların hüquqlarının ...

    4-02-2016, 12:47


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu