GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Regionların inkişafına ayrılan 25 MİLYARD MANAT HARA XƏRCLƏNİB?

Regionların inkişafına ayrılan 25 MİLYARD MANAT HARA XƏRCLƏNİB?

Tarix: 2-02-2019, 23:11 Bölmə :Cəmiyyət Baxış: 733
Regionların inkişafına ayrılan 25 MİLYARD MANAT HARA XƏRCLƏNİB?


Natiq Cəfərli: “Son 10-15 ildə, demək olar ki, heç bir ciddi dəyişiklik müşahidə edilməyib”

Vahid Məhərrəmov: “Son 5 ildə heç bir iş görülməyib, ümumiyyətlə ortada ürəkaçan, ümidverici heç nə yoxdur”

“Bu gün əmək qabiliyyətli əhalinin tən yarısı işsizdir”

“2005-2006-cı illərdə regionların xarici ticarətdəki payı təqribən 10 faizə yaxın idisə, bu gün 8,5 faizdir”

“İqtisadi İnkişaf Nazirliyi və hökumətin iqtisadiyyatla məşğul olan bloku bu məsələ haqqında ciddi düşünməlidir, çünki onların təqdim etdiyi rəqəmlərlə reallıq arasında ciddi təzad mövcuddur”


“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 24,2 milyard manat vəsait sərf olunub”.

Bunu iqtisadiyyat naziri Şahin Mustafayev yanvarın 29-da Bakıda keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans çərçivəsində sahibkarlarla aparılan müzakirələr zamanı söyləyib.

Nazir əlavə edib ki, proqram üzrə sahibkarlığın inkişafı üçün dövlət başçısı tərəfindən xeyli sayda sərəncamlar imzalanıb, onlara bir sıra güzəştlər tətbiq edilib.

Nazirin bu bəyanatı cəmiyyətdə xeyli suallar doğurub. Məsələn, bu 5 ildə 24, 2 milyard manat hara və hansı işlərə xərclənib? Əgər nazirin söylədikləri doğrudursa, nədən ölkədə iqtisadi inkişafın işartıları belə yoxdur? Nədən qeyri-neft sektorunda heç bir irəliləyiş yoxdur? Nədən ölkədə işsizlərin sayı azalmır, əksinə artır?

Azərbaycanın illik dövlət büdcəsi yuvarlaq götürsək 20 milyard manatdır. Bunun 70 faizini neftdən gələn gəlir, qalan 30 faizini isə Gömrük Komitəsindən, Vergilər Nazirliyindən, eləcə də digər dövlət qurumlarından, idarə və müəssislərdən və s. daxil olan verglər təşkil edir. Belə olan halda, bəs iqtisadiyyatın inkişafı üçün ayrılan milyardlar hara gedir? Yəni, bu qədər vəsaitdən büdcəyə niyə cəmi 1-2 faiz gəlir daxil olur, bəs yerdə qalan pul necə olur?

“Ya son 5 ildə az qala 25 milyarda yaxın vəsait qeyri-effektiv xərclənib, yəni, qarşıya qoyulan məqsədə çatmaq olmayıb, ya da həmin vəsaitin sərf edildiyi istiqamətlər doğru seçilməyib deyə, bunun iqtisadi səmərəsini görə bilmirik”

Bu və digər suallara cavab almaq üçün iqtisadçı-ekspertlər Natiq Cəfərli və Vahid Məhərrəmova müraciət etdik.

Natiq Cəfərlinin sözügedən məsələyə münasibəti belə oldu:

“Əslində, istənilən makro-iqtisadi göstəriciləri ölçmək üçün bəlli indekatorlar var. Azərbaycan iqtisadiyyatının inkişafında regionların payını ölçmək üçün isə əsas 3 indikatordan istifadə olunur. Bunlar - xarici ticarətdəki, yəni ixracatdakı pay, ümümdaxili məhsulun yaradılmasındakı pay, bir də büdcənin formalaşdırılmasındakı paydır. Hər üç göstəriciyə görə, son 10-15 ili götürsək, demək olar ki, heç bir ciddi dəyişiklik müşahidə edilmir. Bəzi hallarda neft sektorunun üstünlüyünü də müşahidə edirik. Misal üçün, 2005-2006-cı illərdə regionların xarici ticarətdəki payı təqribən 10 faizə yaxın idisə, bu gün 8,5 faizdir. Yəni təqribən 91,5 faiz Bakının və Abşeron rayonunun payına düşür.

Ümumdaxili gəlirin formalaşmasında isə regionların payı 6-7 faizi keçmir. O cümlədən büdcənin formalaşmasında regionların payı yenə təqribən 7 faiz civarındadır. Yəni artıq, qeyd etdiyim kimi, bütün makro-iqtisadi göstəricilərə görə, əsas üstünlük Bakı və Abşeron yarımadasındadır.

Buradan belə bir nəticəyə gəlmək olar ki, ya son 5 ildə az qala 25 milyarda yaxın vəsait qeyri-effektiv xərclənib, yəni qarşıya qoyulan məqsədə çatmaq olmayıb, ya da həmin vəsaitin sərf edildiyi istiqamətlər doğru seçilməyib deyə, bunun iqtisadi səmərəsini görə bilmirik.

“Ya həmin vəsaitin xərclənməsində ciddi pozuntular, korrupsiya faktları olub, ya da prioritetlər doğru seçilmədiyinə görə, sərf edilən maddi vəsait iqtisadi aktivliyə müsbət təsir göstərməyib”

Bu qədər vəsaitin xərclənməsi, ilə təqribən 5 milyard vəsait düşür, kifayət qədər problemlərin həllində mühüm rol oynaya bilərdi. Sözügedən vəsait işsizliyin aradan qaldırılmasında, regionların iqtisadi inkişafındakı aktivliyin yüksəlməsində, ümumdaxili məhsulun formalaşmasında, xarici ticarətdə, büdcənin formalaşmasında regionların payının artmasında mühüm rol oynamalı idi.

Amma təəssüf ki, sadalananların heç biri baş verməyib. Demək, ya həmin vəsaitin xərclənməsində ciddi pozuntular, korrupsiya faktları olub, ya da prioritetlər doğru seçilmədiyinə görə, sərf edilən maddi vəsait iqtisadi aktivliyə müsbət təsir göstərməyib.

İqtisadi İnkişaf Nazirliyi və hökumətin iqtisadiyyatla məşğul olan bloku bu məsələ haqqında ciddi düşünməlidir, çünki onların təqdim etdiyi rəqəmlərlə reallıq arasında ciddi təzad mövcuddur”.

“Yanvarın 19-da gerçəkləşən mitinq ölkə vətəndaşları arasında narazılığın getdikcə artdığını əyani surətdə göstərdi...”

İqtisadçı-ekspert Vahid Məhərrəmov da sözügedən məsələ ilə bağlı həmkarlarının fikirlərini təsdiqlədi və qeyd etdi ki:

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ilə bağlı geniş analitik yazım var. Hökumətin iqtisadi inkaş sahəsinə ayırdığı maliyyə resursları demək olar ki, istehsalda hansısa bir artıma gətirib çıxarmadı. Yeni iş yerləri yaranmadı, əmək haqları artırılmadı, əksinə bu müddət ərzində əmək haqları azaldılıb, 580 dollardan 318 dollara enib.

Kənd təsərrüfatına qoyulan kredit resurslarının həcmi dollar ifadəsində 4 dəfə, manat ifadəsində isə 2 dəfə azalıb. Bu da ümumilikdə bir çox sahələrdə ciddi problemlər yaradıb. Misalçün, kartof istehsalı azalıb, taxıl istehsalında heç bir artım müşahidə olunmur, ət və süd məhsullarının istehsalında artım olmayıb, ölkəyə məhsul idxalının səviyyəsi artıb (2014-2018-ci illər ərzində ət idxalı 2 dəfə, süd məhsullarının idxalı isə 4 dəfə artıb, ölkədədaxili istehsal hesabına ətə olan tələbatın 38, südə olan tələbatın isə 60 faizi ödənir). Yəni ayrılan vəsait real sektora deyil, gəlir gətirməyən sahələrə xərclənib, üstəlik külli miqdarda yeyintiyə yol verilib.

Xatırlayırsınızsa, həmin müddətdə rayonların icra başçılarının yerdəyişməsi həyata keçirildi, eyni zamanda bir sıra park və küçələr abadlaşdırıldı, Heydər Əliyevin xatirəsinə ucaldılan abidələrin ətrafında təmir işləri aparıldı.

Rayon fəalları ilə, mütəxəssislərlə söhbətlərimizdən bilirik ki, bölgələrdə aparılan təmir və abadlaşdırma işləri əslində yerli sahibkarların şəxsi vəsaiti hesabına görülüb. Həmin işlər üçün ayrılan vəsaitin bir hissəsi yerli məmurlar tərəfindən mənimsənilib, digər hissəsi isə mərkəzə qaytarılıb.

“Ölkədə 3 milyona yaxın işsiz vətəndaş var. Bu isə o deməkdir ki, əmək qabiliyyətli əhalinin tən yarısı bu gün işsizdir”

Yanvarın 19-da gerçəkləşən mitinq ölkə vətəndaşları arasında narazılığın getdikcə artdığını əyani surətdə göstərdi, ayın 26-na planlasşdırılan mitinqə isə daha çox insan toplaşacaqdı. Bu onunla bağlıdır ki, ölkədə işsizlərin sayı artıb, əhalinin alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşüb, bundan əlavə də bir çox problemlər var.

Əgər adıçəkilən maddi vəsait real sektora yönləndirilsəydi, bunun faydası olardı, qoyulan pul maliyyə artımına səbəb olardı. Amma bu gün bunu müşahidə etmirik.

Neçə illərdir eşidirik ki, Azərbaycanda işsizlik səviyyəsi 5 faiz həddindədir. Amma bu reallığı əks etdirmir. Belə ki, artıq qeyd etdiyim kimi, ölkədə yeni iş yerləri yaradılmayıb, tikinti sektorunun fəaliyyəti ümumiyyətlə dayandırılıb, bunun nəticəsində də gur işsizlər ordusu yaranıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsaslanaraq apardığımız hesablamalar göstərir ki, ölkədə 3 milyona yaxın işsiz vətəndaş var. Yəni əmək qabiliyyətli əhalinin tən yarısı bu gün işsizdir (rəsmi məlumata görə, ölkədə təxminən 6 milyon 700 min əmək qabiliyyətli insan var).

“Yaradılan aqroparkların əksəriyyətinin sahibi Prezident Aparatında çalışan şəxslərdir. Sözügedən mərkəz və parkların inşası isə dövlət büdcəsinin hesabına həyata keçirilir”

Dövlət strukturlarında çalışan məmurlar özləri üçün yeni müəssisələr yaradıblar, amma bu gün həmin müəssisələr də işləmir. Məsələn, aqrar sahə ilə bağlı bəzi mərkəzlər, aqroparklar yaradıblar və onlara külli miqdarda maliyyə vəsaiti ayırıblar. Həmin mərkəzlərin, aqroparkların əksəriyyətinin sahibi Prezident Aparatında çalışan şəxslərdir, sənədləşmə isə həmin şəxslərin yaxın qohumlarının adlarına aparılıb. Sözügedən mərkəz və parkların inşası isə dövlət büdcəsinin hesabına həyata keçirilir. Bu insanlar öz bizneslərini genişləndirmək üçün geniş torpaq ərazilərini ələ keçiriblər, həmin ərazilərdə suvarma işləri (su kanallarının tikintisi, artezian quyularının qazılması və s.) dövlət büdcəsindən maliyyələşdirilib.

“Gəlir gətirən sahə - fabriklər, zavodlar və digər istehsalat müəssisələridir. Amma ölkədə isə heç bir istehsalat müəssisəsi yaradılmayıb”

Bir də, artıq qeyd etdiyim kimi, hər il lazım oldu-olmadı, ölkə ərazisindəki Heydər Əliyev adına mərkəzlər, parklar abadlaşdırılır, yenidən qurulur. Bildiyimiz kimi, bu xərc aparan sahədir, gəlir gətirən sahə deyil. Gəlir gətirən sahə fabriklər, zavodlar və digər istehsalat müəssisələridir. Ölkədə isə heç bir istehsalat müəssisəsi yaradılmayıb. Aqroparklarsa, artıq qeyd etdiyim kimi, yüksək vəzifəli məmurlara məxsusdur və bu gün fəaliyyət göstərmirlər. Yalandan ümid verirlər ki, nə vaxtsa fəaliyyətə başlayacaqlar, amma ordan xalqa heç bir xeyir gələn deyil, çünki bu şəxsi biznesdir. Biznes sahiblərinin məqsədi isə ucuz insan əməyi sayəsində varlanmaqdır.

“Son 5 ildə ortada heç bir iş görülməyib, ümumiyyətlə ürəkaçan, ümidverici heç nə yoxdur, belə getsə, heç olmayacaq da”

Nəticə olaraq demək istəyirəm ki, 5 ildə heç bir iş görülməyib, ümumiyyətlə ortada ürəkaçan, ümidverici heç nə yoxdur, belə getsə, heç olmayacaq da. Çünki gələcək inkişafın əsası qoyulmayıb. Bu gün ölkəmizdə çox ciddi problemlərdən biri suvarma suyu ilə bağlıdır. Uzun müddətdir həllini tapmayan bu problemin aradan qaldırılması üçün, suvarma suyuna olan tələbatın tam ödənilməsi, yəni mərkəzləşdirilmiş qaydada vahid suvarma sisteminin yaradılması üçün (hər bir fermer öz təsərrüfatında bir düyməni basmaqla öz ərazisində suvarma işini vaxtlı-vaxtında həyata keçirəcəkdi) 4 milyard dollar kifayətdir. Bunu apardığımız dəqiq hesablamalara əsasən deyirəm.

“Pulu siliblər, bahalı texnika adı ilə ucuz texnikanı sənədləşdiriblər”

Bundan əlavə, texniki təminatla bağlı da heç bir iş görülməyib. Ölkəyə bahalı texnika gətiriblər, amma bu gün aqrolizinə gedib baxsaz, görərsiz ki, həmin texnikanın əksəriyyəti işlək vəziyyətdə deyil. Bir hissəsinin ehtiyat hissəsləri kimlərəsə satılıb, bir hissəsi isə tam qaydası ilə istifadə olunmur. Yəni pulu siliblər, bahalı texnika adı ilə ucuz texnikanı sənədləşdiriblər. Bu sahədə də külli miqdarda yeyintiyə yol verilir. Dəfələrlə təklif etmişik ki, aqrolizinq ləğv edilsin, müstəqil bizneslə məşğul olan adamlar, özəl şirkətlər müxtəlif ölkələrdən texnika gətirib, burda həm satışını həyata keçirsinlər, həm də xidmət göstərsinlər. Bu işi icra edən bir neçə şirkət olsa, onların arasında yaranan sağlam rəqabət kənd təsərrüfatının və müxtəlif istehsal sahələrinin inkişafına əlverişli zəmin yaradar. Qiymətlər də əlçatan olar.

Sonda bir məsələni də xüsusi vurğulamaq istəyirəm. Adıçəkilən dövlət proqramında nəzərdə tutulmuşdu ki, Azərbaycanın milli valyutasının dəyərdən düşməsinə imkan verilməsin və qeyd edilmişdi ki, yalnız bu halda real sektor inkişaf edə bilər. Amma bildiyimiz kimi, bu müddət ərzində 2, 2 dəfə dəyərdən düşdü. Bu da bir daha həmin proqramın özünü doğrultmadığını təsdiqləyir”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfransda iştirak edir

    Prezident İlham Əliyev "Regionların ...

    29-01-2019, 11:27

  • 
  • Prezident regionların inkişafının növbəti mərhələsinə yekun vurur - YENİLƏNİB

    Prezident regionların inkişafının növbəti ...

    29-01-2018, 11:00

  • 
  • Prezident regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı proqramının icrasının yekunlarına həsr olunan konfransda iştirak edir - YENİLƏNİB

    Prezident regionların 2014-2018-ci illərdə ...

    29-01-2018, 11:22

  • 
  • Prezident İlham Əliyev regionların 4 illik dövlət proqramına yekun vurdu

    Prezident İlham Əliyev regionların 4 illik dövlət ...

    30-01-2019, 11:48

  • 
  • Yolların çəkilməsinə 8 milyard vəsait xərclənib

    Yolların çəkilməsinə 8 milyard vəsait xərclənib ...

    6-02-2014, 13:26


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu