GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » MİLLİ MƏCLİSDƏ “QOCA-CAVAN “ AYRI-SEÇKİLİYİ

MİLLİ MƏCLİSDƏ “QOCA-CAVAN “ AYRI-SEÇKİLİYİ

Tarix: 5-02-2019, 14:10 Bölmə :Cəmiyyət Baxış: 705
MİLLİ MƏCLİSDƏ “QOCA-CAVAN “ AYRI-SEÇKİLİYİ


QOCAMAN DEPUTAT PREZİDENTİN KADR SİYASƏTİNİ BƏYƏNMİR?

Deyəsən, dədə-babalarımızdan qalma deyimdir, deyir qulaq gündə bir söz eşitməsə, kar olar. İndiki dönəmdə ən çox eşitdiyimiz deputat yorumları-yozumlarıdır. Kimi yer adlarının, kimi ay adlarının dəyişdirilməsini təklif edir, kimi də bölgələrdən baş şəhərə gələn fəhlələrin uçotunu aparır. Qocaman deputat Fəzail Ağamalı bəyin Milli Məclisin Hesablayıcı komissiyasının üzvü olub-olmadığını deyə bilmərəm, di gəl, dünyanın ən güclü riyaziyyatçılarının həsəd apara biləcəkləri dəqiqliklə son 9 ayda Bakıda 50 min fəhlənin işsiz qaldığını hesablaya bilib. Özü də bu işsizlər ordusunun yaranmasının nədəni kimi dolayı yolla ölkə prezidenti göstərilir. Sən demə, ölkə başçısının 21 aprel 2018 tarixli sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təyin olunan yeni sədr tikinti işlərini qanunsuz olduğundan dayandırıb və bu da 50 min fəhləni işsiz qoyub. Deputat 43 yaşlı gənc komitə sədrinin adını çəkib soyadını çəkməsə də, Maliyyə Bazarlarına Nəzarət Palatasının görəvindən alınan sədrinin ad-soyadını çəkərək, dolayısı ilə prezidentin həmin təyinatının da uğurlu olmadığına işarə edib. Qocaman deputat gənc komitə sədrindən Milli Məclisə işsizlərin şikayət etdiyini, özünün tikinti biznesi ilə məşğul olmadığını desə də, qanunverici hakimiyyətin sədri onu prezidentin təyinatına sayğı ilə yanaşmağa , etik normaları gözləməyə , 50 min məsələsini dəqiqləşdirməyə çağırmaqla gerçəkdə deputatın “qoca-cavan” ayrı-seçkiliyinə etiraz edib. Bəli, spikerin cavabı Ana Qanuna -Konstitusiyaya uyğundur. Bizdə dövlət qulluğuna irəli çəkilməkdə yaş qadağası yoxdur. O ki qaldı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qanunsuz tikililəri dayandırmasına, komitənin başlıca funksiyalarından biri və bəlkə də birincisi elə budur. Yəqin ölkə başçısı komitə sədrinin “ İçərişəhər “ Dövlət Tarix -Memarlıq Qoruğu İdarəsinin rəisi görəvindəki memarlıq abidələrinin qorunmasındakı xidmətlərini bəyəndiyindən onu bu görəvə təyin edib. Tam əminliklə demək olar ki, komitə sədri prezidentin etimadını doğruldub. Bakıda və ətraf bölgələrdə yaşıllığın məhv edilməsi, ağacların qırılıb yerində göydələnlər tikilməsi prosesinə son qoyulub. Yəqin, xatırlayırsınız, Bakıda parklarda da yaşıllıqlar qalmayıb, şəhər ərazisi qanunsuz, icazəsiz tikililərlə zəbt olunmuşdu. Rayon icra hakimiyyətləri isə prezidentin barmaq silkələməsindən sonra tikintilərin qanunsuz olduğunu boyunlarına almağa məcbur olsalar da, tikililəri hələ də sökməyiblər. Uzağa niyə gedək, bir ayın söhbətidir, Bakının Nizami rayonundakı Bəhruz Nuriyev küçəsində yerləşən Heydər parkında yaşıllığın yerində obyekt tikilməsi haqqında basında yazı dərc olunmuşdu. Yalnız Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu vandalizmə hüquqi qiymət verilməsi üçün konkret addımlar atdı və tikinti yiyələri obyektin təyinatını dəyişməyə məcbur oldular. Eləcə də, Qarabağ əlilləri və şəhid ailələrinə tikilən evin zəbt edilərək yerində kommersiya obyektləri və villalar tikilməsinə də bu qurum kəskin etirazını bildirib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və onun rəhbərliyi Qarabağ əlillərinə fərdi yaşayış evlərinin tikilməsinə də qanunvericiliyin tələbləri baxımından qiymət verir və hətta səlahiyyətlərinə aid olmayanda da aidiyyatı üzrə göndərib qanunun tələbinə əməl etməyi diqqətə çatdırır.

Bir sözlə, 44 yaşı olacaq yeni komitə sədrinin 72 yaşı olacaq qocaman deputatın qərəzli qınaq hədəfinə tuş gəlməsi anlaşılan deyil. Milli Məclisə müraciətə gəldikdə isə, indiyədək qocaman deputat heç bir müraciətimizə cavab verməyib. Belə çıxır, müraciətlərə baxılmasında da ayrı-seçkilik hökm sürür? İstənilən halda, prezidentin seçdiyi şəxsin heç bir əsas olmadan qaralanması qaranlıq mətləblərdən soraq verir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və onun yeni sədrinin işi isə göz qabağındadır, bu işdə qaranlıq heç nə yoxdur.

Məğrur Bədəlsoy
GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Milli Məclisin üzvlərinə deputat vəsiqələri paylanıb

    Milli Məclisin üzvlərinə deputat vəsiqələri ...

    1-12-2015, 14:05

  • 
  • Milli Məclisdə boş deputat yerlərinin sayı üçə çatır

    Milli Məclisdə boş deputat yerlərinin sayı üçə ...

    23-10-2013, 10:45

  • 
  • Hökumət iki siyasi partiyanın büdcədən aldığı pulu azaldır

    Hökumət iki siyasi partiyanın büdcədən aldığı ...

    13-11-2013, 12:24

  • 
  • Mübariz Qurbanlının deputat mandatı alındı

    Mübariz Qurbanlının deputat mandatı alındı ...

    13-10-2014, 16:50

  • 
  • PA rəhbəri daha bir komitə sədrini kollektivə təqdim edib - Yeni sədrdən işçilərə ilk tapşırıq

    PA rəhbəri daha bir komitə sədrini kollektivə ...

    24-04-2018, 14:23


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu