GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » OĞLUNUN CİNAYƏTİNİ GİZLƏTMƏYƏ 52,5 MİN VERDİ – “Yeganə”nin sahibi şəhid qızının qanını batırmaq istədi

OĞLUNUN CİNAYƏTİNİ GİZLƏTMƏYƏ 52,5 MİN VERDİ – “Yeganə”nin sahibi şəhid qızının qanını batırmaq istədi

Tarix: 8-02-2019, 16:45 Bölmə :Cəmiyyət Baxış: 388
OĞLUNUN CİNAYƏTİNİ GİZLƏTMƏYƏ 52,5 MİN VERDİ – “Yeganə”nin sahibi şəhid qızının qanını batırmaq istədi


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan 31 yaşlı Elnur Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Gundemxeber.az Virtualaz.org-a istinadla xəbər verir ki, müxtəlif sxemlərdən istifadə olunmaqla törədilən dələduzluq əməllərinin geniş yayıldığı, məhkəmələrin az qala hər gün belə işlərə baxdığı bir vaxtda E.Babayevin işi daha sensasion məqamı ortaya çıxarıb.

Belə məlum olub ki, bu şəxs Bakıda geniş imkanları olan biznesmenin yetkinlik yaşına çatmamış oğlu tərəfindən “Jeep”lə vurulub öldürülən iki uşaq anasının qanını batırmaq üçün qadının “sərxoş olması” haqda ekspertiza rəyi əldə edəcəyini vəd edib və biznesmen bu məqsədlə ona 52 min 500 manat verib. Amma daha sonra qəza və onu törədənin kimliyi ictimailəşdiyinə görə plan baş tutmayıb.

Xatırladaq ki, bu qəza 2017-ci ilin noyabrın 8-də Səbail rayonu ərazisində baş verib. “Jeep Grand Cherokee” ” markalı avtomobil yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Könül Əkbərovanı vurub. K.Əkbərova aldığı xəsarətlərdən hadisə yerində keçinib. Qəzanı Akif Rəhimovun 17 yaşlı oğlu, Bakı Dövlət Universitetinin tələbəsi Rəhim Rəhimov törədib. Lakin hadisə yerinə Rəhimovlar ailəsinin sürücüsü Əmrulla Şahbazov gələrək qəzanı öz boynuna götürüb.

Sonradan qəza ilə bağlı xəbər ictimailəşəndən, mərhumun ailə üzvlərinin şikayətindən sonra iş yenidən araşdırılıb. Hadisə şahidləri qəzanı törədən şəxsin gənc oğlan olduğunu görməsi istintaqın axarını dəyişib. Qəza ilə bağlı açılan cinayət işi müstəntiq Vüqar Abbasovdan alınıb. Yeni istintaqla müəyyən edilib ki, qəzanı məhz Rəhim Rəhimov törədib. Baş vermis hadisədən 20 gün sonra 17 yaşlı gənc saxlanılıb.

Hazırda baxılan dələduzluq işinin materallarında isə göstərilir ki, Elnur Babayev biznesmen Akif Rəhimovdan 52 min 500 manat pul alaraq əvəzində onun oğlu Rəhim Rəhimovun törətdiyi cinayəti ört-basdır edəcəyini vəd edib. Belə ki, iş adamı qəza zamanı oğlunun maşınla vurub öldürdüyü şəhid qızının “sərxoş olması” barədə ekspertiza rəyi alacağına dair vəd verib.

Həmçinin, müstəntiq Vüqar Abbasovun köməyi işi Akif Rəhimovun oğlunun xeyrinə həll edəcəyinə onu inandırıb. Sövdələşmənin şərtlərinə əsasən həmin 52.500 manatın 10 min manatı qadının “sərxoş olması” haqda ekspertiza rəyinin əldə olunmasına, qalan 42 min 500 manat isə həm onların xeyrinə danışacaq şahidlərin tapılmasına, həm də qəzanın Rəhimin deyil, onların ailə sürücüsünün adına rəsmiləşdirilməsinə sərf ediləcəkdi.

Amma E.Babayev vədlərinə əməl edə bilməyib. Belə ki, qəza hadisəsi ictimailəşdirildikdən sonra Səbail Rayon Polis İdarəsinin müstəntiqi Vüqar Abbasov (E.Babayev müstəntiq V.Abbasovun “işçisi”, yaxud əlaltısı olub-red.) vəzifə borcunu yerinə yetirərkən ciddi nöqsanlara yol verdiyinə görə işdən çıxarılıb.

Məlumata görə E.Babayev A.Rəhimovla “Yeganə” şadlıq sarayında görüşüb və pulu alıb. O, biznesmendən 52 min 500 manat alması barədə müqaviləyə də imza atıb. Lakin sövdələşmə alınmayanda pulu qaytarmayıb və biznesmen ondan şikayətçi olub. Məlum olub ki, E.Babayevin əməllərindən başqa zərərçəkənlər də var. E.Babayevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmə prosesi fevralın 12-də davam edəcək.

Oğlunun öldürdüyü 2 uşaq anasının qanını batırmaq istəyən Akif Rəhimov “Xırdalan Xəz” ASC-nin və “Yeganə” şadlıq sarayının sahibidir. Habelə başqa çoxsaylı obyektləri var. O, O, deputatlığa namizəd də olub.

Qəzada ölən K.Ələkbərova isə Qarabağ müharibəsində şəhid olmuş Elton Ələkbərovun qızıdır. Bu hadisə geniş ictimai rezonans doğurmuşdu və nəticədə biznesmenin oğlun həbs etmişdilər. Lakin hazırda həmin gənc azadlıqdadır, çünki barəsində yüngül cəza verilmişdi.

Oğlunun öldürdüyü qadının qanını batırmaq üçün müstəntiqin əlaltısı ilə bu cür cinayət sövdələşməsinə girən biznesmen özü niyə məsuliyyətə cəlb edilməyib, bu sual açıq qalır. Halbuki, onun hərəkəti ən böyük cinayət hesab olunmalıdır!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda "Jeep" ağır qəza törətdi: ölən var

    Bakıda "Jeep" ağır qəza törətdi: ölən ...

    30-07-2017, 11:52

  • 
  • Yeganə şadlıq sarayının sahibinin qardaşıoğlu qəza törətdi – ADAM ÖLDÜRDÜ

    Yeganə şadlıq sarayının sahibinin qardaşıoğlu ...

    3-12-2017, 12:30

  • 
  • Şəhid qızını maşınla vurub öldürən iş adamının oğlunun şikayəti rədd edildi

    Şəhid qızını maşınla vurub öldürən iş adamının ...

    12-06-2018, 11:22

  • 
  • Şəhid qızını avtomobillə vuraraq öldürən iş adamının oğlunun həbs müddəti artırılıb

    Şəhid qızını avtomobillə vuraraq öldürən iş ...

    30-01-2018, 16:50

  • 
  • Prokuror iş adamının 17 yaşlı oğluna 6 il iş istədi

    Prokuror iş adamının 17 yaşlı oğluna 6 il iş ...

    13-03-2018, 18:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu