Vergilər naziri Mikayıl Cabbarov vergi sahəsində islahatları davam etdirir. Yeni nazir sahibkarları incidən vergi əməkdaşlarından xilas olmaq üçün bir sıra vacib addımlar atır.
Gundemxeber.az demokrat.az-a istinadənxəbər verir ki, vergilər naziri Mikayıl Cabbarovun əmri ilə daha 58 nəfər vergi orqanları əməkdaşları tutduğu vəzifələrdən azad edilib. Onların arasında keçmiş nazir Fazil Məmmədova yaxınlığı ilə tanınan Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Baş direktoru Səməd Vəliyev və digər şəxslər də var. Bu şəxslər həm də sahibkarları incitməklə ad çıxarıblar. Onu da bildirək ki, Səməd Vəliyev keçmiş vergilər naziri Fazil Məmmədovun qohumudur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?