Kürdəmir rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Bakı-Qazax avtomobil yolunun 172 kilometrliyində, Karrar kəndi ərazisində qeydə alınıb.
Bərdə şəhər sakini, 1959-cu il təvəllüdlü Rövşən Müslüm oğlu Ağayev idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə Gəncə istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib və maşın yol kənarındakı beton səddə çırpılıb. Nəticədə R.Ağayev və sərnişini, 1967-ci il təvəlüdlü Gəncə şəhər sakini Həqiqət Əlihüseyn qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. R.Ağayev Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. H.Məmmədovanın vəziyyəti ağır olduğundan o, həmin xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
Gundemxeber.az bildirir ki, faktla bağlı araşdırma aparılır
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?