Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımından 27 il ötür.
Gundemxeber.Az xəbər verir ki, yaddaşlara Xocalı soyqırımı kimi həkk olunan qanlı faciənin 27-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilir.
Xocalı soyqırımının 27-ci ildönümünün anılması üçün yürüş edənlərin Neftçilər və Bülbül prospeklərinin kəsişməsindən başlayaraq, Azadlıq meydanından keçməklə, Yusif Səfərov küçəsi ilə Xocalı prospekti “Ana fəryadı” abisədi ətrafında dövrə edib, eyni marşrutla – 28 May, A.Puşkin küçələri istiqamətində hərəkət etmələri nəzərdə tutulub.
Hazırda başlayan yürüşdə Azərbaycan prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak edir.
Sorğu
Yeni dizaynımız necədir?